BolgeXeber.Com » Gündəm » 11 yaşlı Elcana əlillik dərəcəsi verilmir – ŞİKAYƏT

11 yaşlı Elcana əlillik dərəcəsi verilmir – ŞİKAYƏT

5-03-2017, 12:10
Oxunub: 4 408 11 yaşlı Elcana əlillik dərəcəsi verilmir – ŞİKAYƏTƏlacsız qalan Səyavuş Sultanov hətta Azərbaycan vətəndaşlığından imtina etmək fikirlərinə belə düşüb

Redaksiyamıza Yardımlı rayon sakini Səyavuş Sultanov tərəfindən şikayət daxil olub. Şikayətdə bildirilir ki, Səyavuş Sultanovun oğlu Elcan Sultanov 2011-ci ildən qeydiyyata düşüb və “Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi”ndə müalicə alır.
“Sonuncu dəfə yenə də həmin göz klinikasına getdik və oğlum həkim komissiyasının nəzarətindən keçdi. Elcanın öz həkimi Nərgiz həkim də təkidlə bildirdi ki, bu uşağa mütləq əlillik dərəcəsi alın. Biz də sənədləri götürüb “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi”nə elektron formada göndərdik, ancaq ordan cavab gəldi ki, bu uşağa əlillik dərəcəsi düşmür.”- deyə şikayətçi bildirib.
Bu cavabdan sonra Səyavuş Sultanov Azərbaycanın birinci vitse-prezidenti Mehriban Əliyevaya və Əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümova məktub ünvanlayıb. Məktubun qəbul olunması ilə bağlı Mehriban xanım Əliyevadan cavab gəlib və bildirilib ki, məsələ araşdırılacaq, ancaq Səlim Müslümovdan heç bir cavabın gəlməməsi şikayətçini çətin vəziyyətə salıb.
Əlacsız qalan Səyavuş Sultanov hətta Azərbaycan vətəndaşlığından imtina etmək fikirlərinə belə düşüb.
“Elcana lazım olan eynəklərin 60-70 manat qiyməti var. 2 aydan bir həmin eynəklər dəyişilməlidir, amma mənim maddi durumum buna imkan vermir. Həkim komissiyasının təsdiqlədiyi halda oğluma əlillik dərəcəsi ala bilmirəm.”
Məsələyə münasibət öyrənmək üçün Səhiyyə Nazirliyinin mətbuat xidməti ilə əlaqə saxladıq: “Əgər sözügedən klinikadan əlillik dərəcəsinin düşməsi barədə rəy verilibsə, növbəti prosedurlar “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi” tərəfindən həyata keçirilir. Biz öz üzərimizə düşən vəzifəni icra etmişik.”- deyə mətbuat xidmətinin rəhbəri Liya Bayramova bildirdi.
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə əlaqə saxlamaq istəsək də, dəstəyi qaldıran olmadı.
Qeyd edək ki, Elcan Sultanovun 11 yaşı var, 5 yaşından göz xəstəliyindən əziyyət çəkir.
Mövzu diqqətimizdədir. Araşdırmamız davam edir.


İbrahim Mahmudov
Bolgexeber.com

11 yaşlı Elcana əlillik dərəcəsi verilmir – ŞİKAYƏT
11 yaşlı Elcana əlillik dərəcəsi verilmir – ŞİKAYƏT