BolgeXeber.Com » Sosial » DƏRS YÜKÜ ALTINDA ƏZİLƏN UŞAQLAR - Şagirdlər "artıq yük"dən azad olacaq - VİDEO

DƏRS YÜKÜ ALTINDA ƏZİLƏN UŞAQLAR - Şagirdlər "artıq yük"dən azad olacaq - VİDEO

4-03-2017, 13:15
Oxunub: 2 782 DƏRS YÜKÜ ALTINDA ƏZİLƏN UŞAQLAR - Şagirdlər "artıq yük"dən azad olacaq - VİDEOŞagirdlər ''artıq yük'' dən azad edəcək yeni təhsil standartları hazırlanıb

Yeni standartlar hökümət tərəfindən qəbul olunarsa onun əsasında hər fənn üçün yeni təhsil proqramı və yeni dərsliklər yazılacaq.
Bir çox valideynlər övladlarının dərslərinin çətin olduğunu və şagirdlərin tədrisdən artıq yüklənməsindən şikayət etməsi Təhsil Nazirliyini hərəkətə keçirib. Nazirlik əməkdaşları tərəfindən ''Ümumi təhsil pilləsinin yeni dövlət standartları'' layihəsi hazırlanıb. nazirliyin Məktəbəqədər və ümumi təhsil şöbəsinin müdiri Aydın Əhmədov bildirir ki, yeni standartların qəbul olunacağı təqdirdə yeni təhsil proqramı hazırlanacaq və bunun əsasında dərsiliklər yenidən yazılacaq.
Aydın Əhmədov bildirir ki, tədrisin çətin olmaması üçün müəllimlərdə xüsusi ilə diqqətli olmalı və çətin qavranılan məsələləri ev tapşırıqı kimi verməməlidirlər. Yeni tədris proqramı və dərsliklər hazırlanarkən bu amillərdə nəzərə alınacaq.
3-cü nəsil standartlar artıq tam hazırdır və ekspertlərin fikirləri öyrənilir. Əgər bu standartlar qəbul edilərsə bu ilin sonuna kimi yeni tədris proqramı hazırlanacaq. Növbəti tədris ilindən isə yeniliklərin tətbiqi gözlənilir.