BolgeXeber.Com » Ölkə » Cavid Qurbanovun 5 milyonluq villası və “Göl” davası

Cavid Qurbanovun 5 milyonluq villası və “Göl” davası

4-03-2017, 13:17
Oxunub: 2 836 Cavid Qurbanovun 5 milyonluq villası və “Göl” davasıBəs restoran niyə sökülüb? Cavid Qurbanovun bu məsələyə nə aiddiyyatı var?

Azərbaycan Dəmir Yolları” QSC-nin sədri Cavid Qurbanovla bağlı redaksiyamıza maraqli məlumat daxil olub.

Məlumatda iddia olunur ki, 2 il əvvəl Bakının Yasamal rayonu ərazisində fəaliyyət göstərən "Göl” restoranının bir gecənin içində yerlə bir edilməsi Cavid Qurbanovun göstərişi ilə baş verib. Bu restoran paytaxtın qeyri-adi restoranlarından biri və birincisi hesab edilirdi. Restoranın inşa olunduğu yer (Milli Arxiv İdarəsinin arxası) keçmişdə daş karxanası kimi istifadə olunub. Karxana dağılandan sonra yerində göl əmələ gəlib. Restoran da gölün üstündə inşa edilib.

Bəs restoran niyə sökülüb? Cavid Qurbanovun bu məsələyə nə aiddiyyatı var?
Cavid Qurbanovun 5 milyonluq villası və “Göl” davası
Məlumatda deyilir ki, restoran və onu əhatə edən ərazi göl qarışıq Fərhad adlı şəxsə məxsus olub. Həmin ərazidə Cavid Qurbanov Fərhadla sövdələşərək özünə villa tikdirib.
Cavid Qurbanovun 5 milyonluq villası və “Göl” davası

Uzun müddət villasında rahatca yaşayan Qurbanovun bütün ərazini almasına səbəb isə hakimiyyətda kifayət qədər nüfuz sahibi olan generallardan birinin yaxın qohumunun həmin restoranda dostları ilə əylənməsi olub. Müsiqinin səsi əraziyə yayıldığına görə Cavid Qurbanov hiddətlənib və mühafizəçilərini restorana göndərib. Mühafizəçilər restoranın rəhbərliyindən musiqinin səsini almağı tələb ediblər. Bu zaman həmin generalın qohumu məsələyə müdaxilə edib. Mühafizəçilər bu barədə Cavid Qurbanovu məlumatlandırandan sonra o, restoranı və onun ətrafını satın almaq qərarına gəlib. Restoranın sahibi Fərhad adlı şəxsə təzyiqlərdən sonra o, "Göl”ü Cavid Qurbanova satmağa məcbur olub.

İddialara görə, Cavid Qurbanov bu məsələdə 5 milyon manat xərcə düşüb. Restoranı alan kimi isə yerlə yeksan etdirib.

Yeri gəlmişkən, restoranın söküldüyü barədə məlumat yayılanda Yasamal rayonu 24 saylı Mənzil İstismar Sahəsindən bildirilmişdi ki, həmin restoranın ərazisini başqa bir şəxs alıb.
Qarşı tərfəin fikirlərini dinləməyə hazırıq!

(Mənbə:24saat.org)