BolgeXeber.Com » Siyasət » İlham Əliyev İrana getdi - FOTOLAR

İlham Əliyev İrana getdi - FOTOLAR

5-03-2017, 12:07
Oxunub: 3 133 İlham Əliyev İrana getdi - FOTOLARAzərbaycan prezidenti İlham Əliyevin İrana rəsmi səfəri başlayıb

Bolgexeber.com bildirir ki, APA-nın Tehran bürosunun məlumatına görə, prezident İlham Əliyevi hava limanında İranın rabitə və informasiya texnologiyaları naziri Mahmud Vaezi qarşılayıb.

Prezident İlham Əliyevin şərəfinə Tehranın Sədabad sarayında fəxri qaravul dəstəsi düzülüb. Fəxri qaravul dəstəsinin rəisi dövlətimizin başçısına raport verib. Azərbaycanın və İran dövlət himnləri səslənib.
İran prezidenti Həsən Ruhaninin dəvəti ilə reallaşdırılan səfər müddətində iqtisadiyyat və digər sahələrlə bağlı sənədlər imzalanacaq.
İlham Əliyev İrana getdi - FOTOLAR