BolgeXeber.Com » İqtisadiyyat » Deputat: Ətin qiymətini süni artıranlar cəzalandırılmalıdır

Deputat: Ətin qiymətini süni artıranlar cəzalandırılmalıdır

6-03-2017, 12:54
Oxunub: 3 141 Deputat: Ətin qiymətini süni artıranlar cəzalandırılmalıdır“Azərbaycanda mal ətinin qiymətinin artırılması xarici ölkələrdən idxal olun mal ətinin və iribuynuzlu heyvanların alınmasının azalması ilə əlaqədardır”

Oxu.Az xəbər verir ki, bunu AzNews.az-a açıqlamasında Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü, millət vəkili Vahid Əhmədov bildirib.

Deputat mal ətinin qiymətinin artırılmasının ikinci səbəbinin Novruz bayramı ilə əlaqədar olduğunu deyib:

“Bir aya yaxındır Azərbaycanda mal ətinin bahalaşması davam edir. İqtisadi İnkişaf Nazirliyində qiymətlərə nəzarət edən şöbə var. Əgər mal ətinin qiymətləri obyektivdirsə, buna heç nə demək olmaz, yox, subyektivdirsə, müəyyən cəzalar tətbiq olunmalıdır. Yəni, qiymətlərin normal səviyyədə saxlanmasına çalışmaq lazımdır”.

V.Əhmədov toyuq ətinin bahalaşması üçün hər hansı bir əsası, baza, yaxud da müəyyən bir səbəb gətirilməyin vacib olduğunu düşünür:

“Toyuq əti ilə əlaqədar Azərbaycanda ciddi problem yoxdur. Aldığım məlumata görə, anbarlarda kifayət qədər toyuq əti var. İndi müəyyən qədər xaricdən toyuq əti idxal olunur. Azərbaycanın özünü toyuq əti ilə təmin etməyə imkanı var. Amma toyuğun saxlanması ilə əlaqədar müəyyən preparatlar xaricdən gətirilir. Bəlkə iş adamları bunu bəhanə gətirir? İndiki vəziyyətdə toyuq ətinin qiymətinin qaldırılmasına ehtiyac yoxdur”.

Qeyd edək ki, Bakının böyük mağaza şəbəkələrində mal ətinin qiymətində artım halları müşahidə edilib. Sümüksüz mal ətinin qiyməti 14 manat 45 qəpik, sümüklü mal əti isə 10 manat 60 qəpik olub.