BolgeXeber.Com » Dünya » Vəzifəsindən kənarlaşdırılan ukraynalı nazir: Mən Azərbaycan vətəndaşıyam

Vəzifəsindən kənarlaşdırılan ukraynalı nazir: Mən Azərbaycan vətəndaşıyam

7-03-2017, 13:01
Oxunub: 3 157 Vəzifəsindən kənarlaşdırılan ukraynalı nazir: Mən Azərbaycan vətəndaşıyamVəzifəsindən kənarlaşdırılan Ukrayna Fiskal Xidmətin rəhbəri Roman Nəsirov Böyük Britaniya pasportuna sahibdir

Bu barədə ittiham tərəfi bəyan edib.

Roman Nəsirovun özü bildirib ki, o həm də Azərbaycan vətəndaşıdır. Bu bəyanatı o, Kiyevin Solomensk rayon məhkəməsində martın 6-da edib.

Oxu.Az xəbər verir ki, məhkəmə prosesi “NewsOne” telekanalı ilə birbaşa yayımlanıb.

“İşə əlavə edilməsi mümkün olan sənədlər əldə edilib. Məhkəmə iclasları arasında fasilə zamanı Nəsirovun daha bir vətəndaşlığı olmasına dair informasiya daxil olub. O, həmçinin Böyük Britaniya vətəndaşıdır. Vətəndaşlığı 2012-ci ilin may ayında alıb. Pasportunun seriya nömrəsi 508434080-dır”, - prokuror deyib və bu pasportu Nəsirovun Britaniyanın Ukraynadakı səfirliyində aldığını da vurğulayıb.

O qeyd edib ki, bu təfərrüatlar vəzifəsindən kənarlaşdırılmış Fiskal Xidmət rəisinə dair qətimkan tədbirinin seçilməsi üçün mühümdür. Nəsirovun Ukrayna vətəndaşlığından başqa bir vətəndaşlığının olması, onun bu ölkədə yüksək vəzifə tutmağını qanunla qadağan edir.

Prokuror həmçinin əlavə edib ki, müttəhim Macar pasportuna da sahibdir.

Buna cavab olaraq Nəsirov: “Mən həm də İsrail və Azərbaycan vətəndaşıyam. Bu informasiya KİV-də yayılıb”, - deyib.

Qeyd edək ki, Ukrayna prezidenti Petr Poroşenko bəyan etmişdi ki, vəzifəsindən kənarlaşdırılmış Dövlət Fiskal Xidmətin rəhbərinə qarşı məhkəmə prosesinin aparılması Ukraynada korrupsiya əleyhinə infrastrukturun yaradılmasının göstəricisidir.