BolgeXeber.Com » Müsahibə-Reportaj » "Bu adam onu bilmirsə, ruslara şirinlik edirsə..." – Tolikdən Arif Rəhimzadəyə CAVAB

"Bu adam onu bilmirsə, ruslara şirinlik edirsə..." – Tolikdən Arif Rəhimzadəyə CAVAB

7-03-2017, 14:35
Oxunub: 3 786  "Bu adam onu bilmirsə, ruslara şirinlik edirsə..." – Tolikdən Arif Rəhimzadəyə CAVABBir neçə gündür Milli Məclisin Regional Məsələlər Komitəsinin üzvü Arif Rəhimzadənin Rusiya mətbuatına verdiyi müsahibədə səsləndirdiyi "biz türk deyilik” fikri geniş müzakirə olunur. Deputat dediklərinə görə mətbuatda və sosial şəbəkələrdə ciddi tənqiq edilir

Tanınmış prodüser Tolik (Tarix Əliyev) məsələ ilə bağlı Unikal.org-a açıqlama verib. O, qeyd edib ki, Arif Rəhimzadə gərək öz adından danışsın:

"Milli Məclisdə kifayət qədər fəal deputatlar var. Mən Arif Rəhimzadəni tanımıram. O gərək öz adından danışsın. Bizim soyumuz türklərə gedib çıxır. Bu adam onu bilmirsə, ruslara şirinlik edirsə, bu, başqa məsələ. Məncə, onun bu cür danışığını ağsaqqallığına bağışlamaq olar. Bəzən görürsünüz ki, deputatlar yaşları çoxaldıqdan sonra nə danışdıqlarını bilmirlər. Yəqin, o fikirlərşir ki, biz rusuq. Bəkə də o türk deyil. Qınamaq olmaz. Ola da bilər ki, həmin deputata provakativ sual veriblər, o da bu cür cavablandırıb.
Məndən haralısan soruşanda azərbaycanlıyam deyirəm.Türkəm demirəm. Ərəbdən soruşanda haralısan? demir ki, ərəbəm. Baxmayarq ki, hamısı ərəbdilli ölkələrin vətəndaşlarıdır. Baxmayaraq ki, Qırğızıstan türk dövlətidir, ancaq, bizə qarşı böyük alçaqlıq etdilər. Elə türk olmaqdansa, olmamaq məsləhətdir”.