BolgeXeber.Com » Şou-Biznes » Məhşur aktyor ölümünü gözləyir

Məhşur aktyor ölümünü gözləyir

6-10-2012, 07:25
Oxunub: 4 725 "Artıq dərmanlar da mənə təsir etmir"

Əməkdar artist Məcnun Hacıbəyov ürək xəstəliyindən əziyyət çəkir. Aktyor bildirib: “Neçə ildir Qubada qalıram, Bakının havası mənə düşmür. Ürəyim çox ağrıyır, bu gün daha da pis olmuşam. Günü-gündən səhhətimdə geriləmə hökm sürür. Həkimə gedib-gəlirəm, dərman yazırlar, Bakıda da müalicə olunmuşam, amma heç bir təsiri yoxdur. Artıq dərmanlar da mənə təsir etmir".
"Yayda ailəm yanıma gəlib-gedir, indi isə tək qalıram. Hamısı iş adamıdır, nəvəmin ikisi xaricdə oxuyur. Hər şeyi özüm edirəm, olandan yeyirəm, oturub ölümümü gözləyirəm. Hər il xalq artisti İlham Əsgərov yanıma gəlirdi, bu il gəlməyib. Siyavuş, Yaşar da xəstədir, hər kəsin öz problemi var. 77 yaşım tamam oldu, güclə yeriyirəm. Mən bundan sonra işləyə bilmərəm”, - Məcnun Hacıbəyov deyib.