BolgeXeber.Com » BÖLGƏ TV » Azərbaycanda kişidən həyat yoldaşına qeyri-adi 8 Mart hədiyyəsi –Xanımına böyrəyini bağışladı - VİDEO

Azərbaycanda kişidən həyat yoldaşına qeyri-adi 8 Mart hədiyyəsi –Xanımına böyrəyini bağışladı - VİDEO

7-03-2017, 20:56
Oxunub: 7 524 Azərbaycanda kişidən həyat yoldaşına qeyri-adi 8 Mart hədiyyəsi –Xanımına böyrəyini bağışladı - VİDEOUzun müddətdir həyat yoldaşının böyrək çatışmazlığından əziyyət çəkdiyini görən Amin Quliyev ona öz böyrəyini bağışlamaq qərarına gəlib

O, Səhiyyə Nazirliyinə müraciət edərək böyrək köçürülməsi ilə bağlı dövlət proqramından istifadə edib. Həyat yoldaşından belə bir hədiyyə Arzu Quliyevaya gözlənilməz olub.
Uğurlu əməliyyat 8 Mart Qadınlar günü ərəfəsində gerçəkləşib. Cütlüyün vəziyyəti normaldır.

Fədakarlıq nümunəsinə imza atan ailə Siyəzəndə yaşayır və onların 4 övladı var. Həyat yoldaşının böyrəyi ilə sanki yenidən dünyaya gələn Arzu Quliyeva belə hədiyyəni heç vaxt unuda bilməyəcəyini deyir.

Bolgexeber.com Xezerxeber.az-a istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:



Azərbaycanda kişidən həyat yoldaşına qeyri-adi 8 Mart hədiyyəsi –Xanımına böyrəyini bağışladı - VİDEO