BolgeXeber.Com » Sosial » İmişlinin Məzrəli və Çaxırlı kəndlərinə təbii qaz verilib-VİDEO

İmişlinin Məzrəli və Çaxırlı kəndlərinə təbii qaz verilib-VİDEO

8-03-2017, 14:53
Oxunub: 3 205 İmişlinin Məzrəli və Çaxırlı kəndlərinə təbii qaz verilib-VİDEOÜmumilikdə 1052 obanenti olan İmişli rayonunun Məzrəli və Çaxırlı kəndlərinə təbii qaz verilib

Bununla bağlı keçirilən tədbirdə rayon icra hakimiyyətinin və “Azəriqaz” İstehsalat Birliyinin təmsilçiləri, ictimaiyyət nümayəndələri iştirak ediblər. Tədbiri giriş sözü ilə açan rayon icra hakimiyyətinin başçısı cənab Vilyam Hacıyev dövlət başçısının regionların inkişafına göstərdiyi qayğıdan danışıb. Bildirib ki, rayonda kəndlərin qazlaşdırılması davam etdirilir. Kənd yolları da abadlaşdırılır, yeni sosial obyektlər inşa edilir.
Xalq Sözü qəzetinin redaktor müavini Bündət Nəsibov ölkəmizdə aparılan abadlıq-quruculuq işlərinin İmişlidə də davam etdirildiyindən söz açıb.
İmişli rayonu sakinləri onlara göstərilən diqqət və qayğıdan razı olduqlarını bildiriblər.

Sonda rayon icra başçısı Vilyam Hacıyev kənd sakinləri ilə görüşərək onların problemləri ilə yaxından tanış olub həmin problemlərin qısa müddətə həll olunması ilə bağlı müvafiq tapşırıqlar verib.
Bolgexeber.com