BolgeXeber.Com » İqtisadiyyat » Dollar, lari bahalaşdı, avro isə ucuzlaşdı

Dollar, lari bahalaşdı, avro isə ucuzlaşdı

9-03-2017, 09:48
Oxunub: 4 641 Dollar, lari bahalaşdı, avro isə ucuzlaşdıAzərbaycan Mərkəzi Bankı (AMB) manatın martın 9-a olan məzənnəsini açıqlayıb

AMB-dən verilən məlumata görə, bu gün ABŞ-ın milli valyutası olan dolların məzənnəsi martın 7-i müqayisədə 1,7548 manatdan 1,7563 manatadək bahalaşıb. Bu isə 0,09% bahalaşma deməkdir.

Avro isə manata nisbətən azalıb. Avrozonanın vahid valyutası 1,8572 manatdan 1,8494 manatadək ucuzlaşıb. Əsas ticarət tərəfdaşlarımızdan biri olan Rusiyanın milli valyutası rublun məzənnəsi 0,0301 manatdan 0,0299 manatadək ucuzlaşıb.

Türkiyə lirəsinin məzənnəsi 0,4729 manatdan 0,4686 manatadək azalıb. Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,1480 manatdan 2,1358 manatadək azalıb. Gürcüstan larisinin məzənnəsi 0,7112 manatdan 0,7177 manatadək bahalaşma nümayiş etdirib.
Dollar, lari bahalaşdı, avro isə ucuzlaşdı
Dollar, lari bahalaşdı, avro isə ucuzlaşdı
Dollar, lari bahalaşdı, avro isə ucuzlaşdı
Dollar, lari bahalaşdı, avro isə ucuzlaşdı