BolgeXeber.Com » BÖLGƏ TV » Bakı-Sumqayıt yolunda qəzada ölənlərin sayı 5-ə çatıb-VİDEO

Bakı-Sumqayıt yolunda qəzada ölənlərin sayı 5-ə çatıb-VİDEO

9-03-2017, 11:20
Oxunub: 4 757 Bakı-Sumqayıt yolunda qəzada ölənlərin sayı 5-ə çatıb-VİDEOBakı-Sumqayıt yolunda baş verən qəzada ölənlərin sayı artıb

Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Liya Əhmədova APA-ya bildirib ki, hadisə nəticəsində ölənlərin sayı 5-ə çatıb.

Onlardan 2-si hadisə yerində, qalanları xəstəxanalarda ölüb.

Hadisədə yaralananlardan 17 nəfər Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib, 2-nə yerində yardım göstərilib. Onlardan çoxunun vəziyyəti orta-ağır dərəcədədir.

Yaralananlardan 4 nəfər isə Klinik Tibbi Mərkəzə aparılıb. Onlardan 1-i xəstəxanada dünyasını dəyişib, 2-nin vəziyyəti hazırda ağırdır və reanimasiyadadır.

Yaralıların olduğu bütün xəstəxanalara Səhiyyə Nazirliyinin mütəxəssisləri cəlb olunub.

Bakı-Sumqayıt yolunda baş verən yol-nəqliyyat hadisəsi zamanı ölənlərdən ikisi Sumqayıt Dövlət Universitetinin tələbəsidir.

Universitetdən verilən məlumata görə, ölənlərdən ikisi - Nəsibov İbrahim və Quliyev İbrahim Universitetin Fizika və elektroenergetika fakültəsinin 3-cü kursunda təhsil alıb.