Azərbaycanda 25-30 manata satılan qozun əsl qiyməti 5-7 dollardır
9-03-2017, 13:24
Oxunub: 3 192
“Azərbaycanda 25-30 manat arasında satılan qoz ləpəsinin real qiyməti 5 dollara başa gəlir
Bu barədə AzNews.az-a kənd təsərrüfat üzrə ekspert Vahid Mərərrəmov bildirib. O, təmizlənmiş ləpələrin əsasən Rusiya və İrandan gətirildiyini qeyd edib:
“Təmizlənmiz qoz Rusiyadan 7, İrandan isə 5-6 dollara alınır. Amma Azərbaycana gətirildikdən sonra isə bu qiymətlər iki dəfə baha satılır. Problem nədədir? Bu sahədə istehsal, idxal və topdansatış inhisardadır. İdxalla məşğul olan sahibkarlar əldə etdikləri gəlirlərin bir hissəsini onlara nəzarət edən qurumlarla bölüşür.”
Vahid Məhərrəmov bir müddət əvvəl bununla bağlı araşdırma aparıldığını və həmin vaxtı gömrük işçiləri tərəfindən süni olaraq qiymətlərin aşağı göstərilməsi faktları aşkar edildiyini bildirib: "Hazırda fındığın qiymətinin 20 manatdan yüksək dəyərləndirilməsi süni haldır. Bayram ərəfəsində işbazlar təlabat çox olduğundan qiymətləri dəfələrlə artırırlar.”
Ekspert əslində Azərbaycanda fındıq istehsalının artdığını vurğulayıb: “Qoz istehsalı 20 faiz, şabalıd isə 2 dəfə azalıb. Əvvəllər 1600 ton şabalıd istehsal olunurdusa, indi bu rəqəm 800 tona düşüb. İstehsal olunan quru meyvələr ölkə əhalisinin tam olaraq təlabatını ödəmir. İdxal ciddi şəkildə artıb. Deməli, istehsal azaldığı üçün idxal da artıb.”
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 16-03-2024, 09:49 : Forum iştirakçılarının sayı rekord həddədir
Analitika / Xəbərlər
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 1-03-2024, 16:14 : Xərçəng xəstəsi olan Zeynəbin səhhəti pisləşdi
Şou-Biznes / Xəbərlər
- 1-03-2024, 16:44 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə Qaradağlı kənd tam orta məktəbində mövcud şəraitlə tanış olub
Bölgə / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 13-03-2024, 12:37 : Beynəlxalq hüququn normaları Azərbaycanın tərəfindədir
Analitika / Xəbərlər
- 1-03-2024, 19:46 : Qəzzada həlak olanların sayı açıqlandı
Dünya / Xəbərlər
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 5-03-2024, 14:57 : İcra başçısı Milli Məclisin deputatı ilə birlikdə şəhid anası Sitarə Əzizovanı 70 illik yubileyi münasibəti ilə ziyarət ediblər
Bölgə / Xəbərlər