XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

5 tələbənin ölümünə səbəb olan qəzanın anbaan VİDEOSU

5 tələbənin ölümünə səbəb olan qəzanın  anbaan VİDEOSU Bakı-Sumqayıt yolunda baş verən qəza ilə bağlı iki nəfər saxlanılıb

Avtosfer.az xəbər verir ki, 50-BN-132 dövlət qeydiyyat nişanlı "Ford" markalı mikroavtobusun sürücüsü, Sumqayıt şəhər sakini 1976-cı il təvəllüdlü Hüseynov Namiq Hüseyn oğlu sürətlə hərəkət edən zaman idarəetməni itirərək yol kənarında dayanmış "ZİL" markalı yük maşınına, sonra isə dəmir yolayrıcına çırpılıb. "ZİL" markalı yük maşını hadisədən əvvəl xarab olaraq yol kənarında dayanıb. Hadisə ilə bağlı mikroavtobusun sücüsü ilə yanaşı "ZİL"in sürücüsü Şəmistanlı Elvin Eldar oğlu da saxlanılıb.

Hər iki sürücü dindirilir, onların sərxoş olub-olmadığı da araşdırılır. Bu arada Avtosfer.az qəzanın başvermə anının və səbəbini açıq-aşkar əks etdirən görüntüləri əldə edib. Görüntülərdən məlum olur ki, qəzaya düşən qırmızı rəngli "Ford"ün sürücüsü körpünün üzərində ötmə əməliyyatı aparır. Göründüyü kimi, o, digər "Ford"u ötməyə çalışır. Özü də sağdan. Hansı ki, sağdan ötmə qadağandır. Lakin Namiq Hüseynov bu cür kobud qayda pozuntusuna yol verərək qəza törədir. Hadisədən əvvəl "ZİL" markalı yük maşını körpünün üzərində xarab olaraq dayanıb. Mişar daşı daşıyan yük maşınının təkəri partlayıb. "ZİL"in sürücüsü maşını körpüdə saxlayaraq guya təhlükəsizlik tədbiri görürmüş kimi, bir neçə mişar daşını yola düzüb. Videodan da göründüyü kimi, "Ford" ötmə əməliyyatı edəndən sonar sol zolağa qayıtmağa çalışır. Lakin sürət yüksək olduğu üçün bunu edə bilmir.

Əvvəl yoldaki mişar daşlarına dəyən "Ford" daha sonra sol tətəfdən "ZİL"ə çırpılıb. Avtosfer.az-ın apardığı araşdırmalar zamanı məlum olub ki, Namiq Hüseynov uzun illərdir "Ford" sürür. 2012-ci ildən martın 6-dək o, 61 dəfə cərimə olunub. Təkcə ötən ilə 24 dəfə cərimələnib. Bu dəfə isə sözsüz ki, onun cəriməsi daha ağır olacaq – həbsxana…

Bölmə: BÖLGƏ TV | 09 mart 2017 15:18 | Baxış sayı: 279





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: