BolgeXeber.Com » Dünya » Kişi yubka geyindi, insan haqları üçün rəqs etdi

Kişi yubka geyindi, insan haqları üçün rəqs etdi

6-10-2012, 08:00
Oxunub: 4 021 Axırda da onu qadın sürücü vurdu

Britaniyalı Ben Hammond Birmada insan haqlarının pozulmasına və repressiyalara diqqəti cəlb etmək üçün qeyri-adi yol seçmişdi. Qısa ətəkli yubka geyinmiş Ben yolların kənarında duraraq keçən maşınlara əl edir, onları Birmada haqları pozulan insanları dəstəkləməyə çağırırdı.
Beynəlxalq "Amnesty İnternational" təşkilatının "Burma Campaign UK and LearnBurma" proqramlarına dəstək məqsədilə ianələr toplağa can atan, əynində "Will you dance with me" yazılmış mayka olan 34 yaşlı Ben Hammond 50 min fnut-sterlinq yığmağı planlaşdırmışdı. Lakin onu maşın vurub.
Uelsdə, Yeovil şəhərinin yaxınlığında yol kənarında durmuş Beni 25 yaşlı qadın sürücünün idarə etdiyi maşın vurub. Qadının sərxoş olduğu bildirilir.