BolgeXeber.Com » Dünya » Prezident postundan uzaqlaşdırıldı - Paytaxt qarışdı, ölənlər var

Prezident postundan uzaqlaşdırıldı - Paytaxt qarışdı, ölənlər var

10-03-2017, 12:17
Oxunub: 2 907 Prezident postundan uzaqlaşdırıldı - Paytaxt qarışdı, ölənlər varPak Kın Xe vəzifəsindən gedəcək, 60 gün ərzində isə növbədənkənar seçkilər keçiriləcək

Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, məhkəmənin qərarı telekanalların birində canlı yayımla elan edilib. Səkkiz hakimin hamısı impiçment leyhinə səs verib.

Beləliklə də, Pak Kın Xe vəzifəsindən gedəcək, 60 gün ərzində isə növbədənkənar seçkilər keçiriləcək.

Xatırladaq ki, prezidentin impiçmentinə səbəb yaxın rəfiqəsini dövlət işlərinə qarışdırması olub. Prezidentin rəfiqəsi isə hazırda həbsdədir.

Canlı yayımda prezidentin impiçmentinin elan edilməsindən dərhal sonra paytaxt Seulda Kın Xenin tərəfdarları ilə əleyhdarları arasında toqquşma baş verib. Prezidentin tərəfdarları jurnalistlərə hücum ediblər. Çoxlu sayda jurnalistin yaralandığı bildirilir.

“Renxap” agentliyi isə iki nəfərin öldüyünü açıqlayıb. 72 yaşlı başından aldığı çoxsaylı zədələrdən sonra dünyasını dəyişib. Onun prezidentin tərəfdarlarından olduğu güman edilir. İkinci ölənlə bağlı isə əlavə məlumat yoxdur.
Prezident postundan uzaqlaşdırıldı - Paytaxt qarışdı, ölənlər var