BolgeXeber.Com » İdman » PSJ-nin azarkeşi "Barselona"ya məğlubiyyətə görə ona gülən dostunu öldürüb

PSJ-nin azarkeşi "Barselona"ya məğlubiyyətə görə ona gülən dostunu öldürüb

11-03-2017, 09:33
Oxunub: 2 888 PSJ-nin azarkeşi "Barselona"ya məğlubiyyətə görə ona gülən dostunu öldürübQabonda PSJ klubunun (Fransa) azarkeşi futbol üzrə Çempionlar Liqasının 1/8 final matçında "Barselona"ya (İspaniya) məğlubiyyətə görə (1:6) onu ələ salan dostunu qətlə yetirib

"Report" AFP-yə istinadən xəbər verir ki, 18 yaşlı Librevil şəhər sakini məğlubiyyətlə bağlı onunla zarafat edən dostunun boyun nahiyəsinə bıçaqla zərbə endirib.
Zərərçəkən hadisə yerində ölüb, qatil isə sərxoş vəziyyətdə saxlanılıb. O, cinayəti boynuna alıb və bunu qəsdən etmədiyini bildirib.