BolgeXeber.Com » Gündəm » "Dövlət Sığorta Kommersiya Şirkəti mənim 6600 manat kompensasiyamı mənimsəyib"-İTTİHAM(FOTO)

"Dövlət Sığorta Kommersiya Şirkəti mənim 6600 manat kompensasiyamı mənimsəyib"-İTTİHAM(FOTO)

13-03-2017, 10:43
Oxunub: 4 296 "Dövlət Sığorta Kommersiya Şirkəti mənim 6600 manat kompensasiyamı mənimsəyib"-İTTİHAM(FOTO)"Ailəliyəm, himayəmdə bir azyaşlı övladım var. Hərbi xidmət zamanı düçar olduğum ağır xəstəliyə görə əlil olmuşam. İndi bunu saxtakar vəzifəli şəxslər gizlədib kompensasiyamı mənimsəmək istəyirlər"

Zərdab rayonu Gödəkqobu kənd sakini, 2- ci qrup əlil Bəndəlizadə Sübhan Bəhrəm oğlu Bolgexeber.com-un poçtuna şikayət məktubu ilə müraciət edib.
Müraciətdə deyilir:
Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkəti mənə düşəcək 6600 (altı min altı yüz) manat kompensasiyamı mənimsəyib qanunsuz olaraq vermək istəmir.
Belə ki, 13 oktyabr 2015-ci il tarixdə həqiqi hərbi xidmətə aparılmışam. Lənkəranda yerləşən 704-saylı hərbi hissədə hərbi xidmət etdikdən 1 ay sonra möhkəm xəstələndiyim üçün Füzuli hərbi hospitalına yerləşdirildim. Vəziyyətim ağır olduğuna görə 38 gündən sonra oradan Bakı şəhərində yerləşən hərbi hospitala gətirildim. 8 ay stasionar müalicə olundum. Nəhayət hərbiyə yararsız hesab edilərək xidmətdən tərxis olundum. Buna görə mənə kompensasiya düşməli olsa da, Dövlət Sığorta Kommersiya Şirkəti kompensasiyamı vermək istəmir.

Mən hərbi xidmətə getməmişdən əvvəl həkim komissiyasından keçmişəm və tam sağlam olmuşam. Sonra xəstəlik sol böyrəyimə keçdiyindən böyrəyim işləmir, fəaliyyəti dayanıb. Artıq bu xəstəliyə görə mənə 2-ci qrup əlilik dərəcəsi də təyin edilib. Mən tam sağlam hərbi xidmətə getmişəm buna dair sənədlər də var. Həmin sənədləri həkimlər verib. Əgər mən xəstə idimsə nə üçün hərbi xidmətə aparılmışam? Mənə düşəcək hərbi qulluqçuların dövlət icbari sığortası üzrə sığorta ödənişini verməyib saxtakarlıq edən vəzifəli şəxslər cəzalandırılmalıdırlar. Atam rəhmətə gedib. Ailəliyəm, himayəmdə bir azyaşlı övladım var. Hərbi xidmət zamanı düçar olduğum ağır xəstəliyə görə əlil olmuşam. İndi bunu saxtakar vəzifəli şəxslər gizlədib kompensasiyamı mənimsəmək istəyirlər.
Mətbuat vasitəsi ilə Prezident cənab İlham Əliyevə və birinci vitse-prezident Mehriban xanım Əliyevaya müraciət edib xahiş edirəm mənə düşəcək 6600 (altı min altı yüz) manat hərbi qulluqçuların dövlət icbari sığortası üzrə sığorta ödənişinin Azərbaycan Respublikası Dövlət Sığorta Kommersiya Şirkətindən alınaraq, mənə verilməsinə köməklik göstərəsiniz.
Əlaqə telefonum; (050) 960-73-42

Redaksiyadan: Yazıda adı çəkilən qurum və ya şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
Bolgexeber.com
"Dövlət Sığorta Kommersiya Şirkəti mənim 6600 manat kompensasiyamı mənimsəyib"-İTTİHAM(FOTO)
"Dövlət Sığorta Kommersiya Şirkəti mənim 6600 manat kompensasiyamı mənimsəyib"-İTTİHAM(FOTO)
"Dövlət Sığorta Kommersiya Şirkəti mənim 6600 manat kompensasiyamı mənimsəyib"-İTTİHAM(FOTO)
"Dövlət Sığorta Kommersiya Şirkəti mənim 6600 manat kompensasiyamı mənimsəyib"-İTTİHAM(FOTO)
"Dövlət Sığorta Kommersiya Şirkəti mənim 6600 manat kompensasiyamı mənimsəyib"-İTTİHAM(FOTO)