BolgeXeber.Com » Gündəm » "Ucar Baytarlıq İdarəsinin rəisi Xaləddin Əsgərovun ucbatından rayonda mal-qara tələf olur"-ŞİKAYƏT(FOTO)

"Ucar Baytarlıq İdarəsinin rəisi Xaləddin Əsgərovun ucbatından rayonda mal-qara tələf olur"-ŞİKAYƏT(FOTO)

13-03-2017, 10:53
Oxunub: 4 088 "Ucar Baytarlıq İdarəsinin rəisi Xaləddin Əsgərovun ucbatından rayonda mal-qara tələf olur"-ŞİKAYƏT(FOTO)"Bizə məxsus 3 baş mala dabaq əlehinə peyvənd vurulsa da, akt tərtib edib heyvanların sayı 6 baş qeyd edildi. Bunu dövlətin ayırdığı vəsaiti talamaq məqsədi ilə etdilər"

Ucar rayonu 20 Yanvar küçəsi döngə 12, ev 1-də yaşayan Cəbrayılov Abbas Malik oğlu Bolgexeber.com-un poçtuna şikayət məktubu ilə müraciət etmişdi. Müraciəti olduğu kimi dərc edirik:
"Ucar rayonu Baytarlıq İdarəsinin rəisi Xaləddin Əsgərovun səriştəsizliyi, yarıtmazlığı və yaratdığı korrupsiya əməlləri nəticəsində rayonda mal-qara tələf olur. Belə ki, 07 mart 2017-ci il tarixdə Ucar rayon Baytarlıq İdarəsinin işçiləri dabaq xəstəliynə qarşı peyvəndlənmə adı iıə evimizə gəlib qarnında balası olan inəyimizə iynə vurdular. İynə vurmamışdan əvvəl biz onlara dedik ki, boğaz mala iynə vurmaq olmaz. Onlar təkidlə dedilər ki, heç bir təhlükə yoxdur, dabaq xəstəliyi əlehinə peyvəndi boğaz mala vurmaq olar. Belə də oldu iynəni vurdular səhəri günü inək ölü bala doğdu. Bu iynədən zəhərlənməyə görə olmuşdu. Ucar rayon Baytarlıq idarəsinin rəisi Xaləddin Əsgərovun yaratdığı korrupsiya şəbəkəsinin yarıtmaz fəaliyyəti nəticəsində rayonda bu qaydada çoxlu sayda mal-qara tələf olub.Tanıdığım bir-neçə şəxslərə məxsus mal-qara bu peyvənddən sonra zəhərlənib, ayağı tutulub, ölü bala doğub. Hətta həmin günü bizə məxsus 3 baş mala dabaq əlehinə peyvənd vurulsa da, akt tərtib edib malın sayı 6 baş qeyd olundu.
Ucar Baytarlıq İdarəsinin rəisi Xaləddin Əsgərovun yaratdığı korrupsiya nəticəsində rayonda mal-qara tələf olur
Bunu dövlətin ayırdığı vəsaiti talamaq məqsədilə etdilər. Ucar rayon Baytarlıq İdarəsinin rəisi Xaləddin Əsgərov ölmüş balanın Ucar rayonunda labaratoriyada analiz edilməsini istəsə də, buna razı olmadıq. Çünki labaratoriya saxta analiz edib, onun cinayət əməlinin üstünü ört-basdır edəcəkdi. Mən tələb etsəmdə ki, ölmüş bala Bakı şəhərində labarator analiz edilsin, ancaq bu tələbim təmin edilmədi. Mən bu saxtakarlıq , qanunsuzluq barədə Prezident cənab İlham Əliyevə, birinci vitse-prezident Mehriban xanım Əliyevaya, Kənd Təsərrüfatı naziri cənab Heydər Əsədova və Dövlət Baytarlıq Nəzarəti Xidmətinin rəisi vəzifəsini icra edən Azər Süleymanova şikayət ərizəsi ilə müraciət etmişəm. Mətbuat vasitəsi ilə də həmin şəxslərə müraciət edib xahiş edirəm rayonun heyvandarlıq sahəsinə ciddi ziyanlar vuran Ucar rayon Baytarlıq İdarəsinin rəisi Xaləddin Əsgərovun korrupsiya əməllərini araşdırıb onun barəsində ciddi tədbirlər görülsün. Araşdırın görəcəksiniz ki, Xaləddin Əsgərov dövlət əmlakını talan etməklə hansı var-dövlətə sahib olub".


Bolgexeber.com olaraq yazıda adı çəkilən qurum və ya şəxslərin də mövqeyini dərc etməyə hazırıq.
"Ucar Baytarlıq İdarəsinin rəisi Xaləddin Əsgərovun ucbatından rayonda mal-qara tələf olur"-ŞİKAYƏT(FOTO)
"Ucar Baytarlıq İdarəsinin rəisi Xaləddin Əsgərovun ucbatından rayonda mal-qara tələf olur"-ŞİKAYƏT(FOTO)
"Ucar Baytarlıq İdarəsinin rəisi Xaləddin Əsgərovun ucbatından rayonda mal-qara tələf olur"-ŞİKAYƏT(FOTO)
"Ucar Baytarlıq İdarəsinin rəisi Xaləddin Əsgərovun ucbatından rayonda mal-qara tələf olur"-ŞİKAYƏT(FOTO)