BolgeXeber.Com » Dünya » Türkiyə prezidenti hönkür-hönkür ağladı

Türkiyə prezidenti hönkür-hönkür ağladı

11-01-2011, 17:40
Oxunub: 5 738

Abdullah Gül Yəməndə göz yaşlarına hakim ola bilməyib

Məlum olduğu kimi Türkiyə prezidenti Abdullah Gül Yəməndə rəsmi səfərdədir. Səfər zamanı Şəhidlər Xiyabanının açılışında iştirak edən Türkiyə nümayəndə heyəti maraqlı anlar yaşayıb. Bolgexeber -in Türkiyə kütləvi informasiya vasitələrinə istinadən verdiyi məlumata görə, mərasimdə ifa olunan Yəmən xalq mahnısı Türkiyə prezidenti Abdullah Gülü və onu müşayiət edənlərin göz yaşlarına səbəb olub. Açılış mərasimindən sonra çıxış edən Türkiyə dövlət başçısı əslində hisslərinə sahib olmağı bacaran insan olduğunu , lakin bu mahnını dinləyərəkən göz yaşlarını cilovlaya bilmədiyini söyləyib.

“Əslində deyilməli olan hər bir şeyi bu iki yəmənli qız söylədi. Bütün türklərin, Anadoluda hər kəskin ürəyinin tellərini sızıldadan Yəmən xalq mahnısı… Sonuncu dəfə 2005-ci ildə bu torpaqlarda həmin xalq mahnısını dinləyərəkən göz yaşlarıma hakim ola bilməmişəm, bir də bu gün”.

Qeyd edək ki, Yəmən səfərində Abdullah Gül, Türkiyə milli müdafiə naziri Vecdi Gönül, xarici işlər naziri Əhməd Davudoğlu, səhiyyə naziri Rəcəb Akdağ da hisslərini cilovlaya bilməyərək ağlayıb.