BolgeXeber.Com » Dünya » "Avrasiya İttifaqı vahid dövlət olacaq"

"Avrasiya İttifaqı vahid dövlət olacaq"

9-10-2012, 07:50
Oxunub: 3 956 Lukaşenkonun fikrincə Rusiya, Belarus və Qazaxıstan 2015 ildə “yeni inteqrasiya formasını tətbiq edəcəklər”

Belarus prezidenti Aleksandr Lukaşenko Rusiyanın “Mir” telekanalına müsahibəsində bəyan edib ki, Avrasiya İttifaqı vahid dövlət olacaq. Lukaşenkonun fikrincə Rusiya, Belarus və Qazaxıstan 2015 ildə “yeni inteqrasiya formasını tətbiq edəcəklər”. Bu ölkələrin vahid iqtisadiyyatı olmalıdır. O qeyd edib ki, Avrasiya İttifaqı yalnız iqtisadi birlikdir və siyasi məsələlərlə əlaqəsi yoxdur.
Likaşenko deyib ki, Avrasiya İttifaqına daxil olmağa ən yaxın namizəd Qırğızıstandır: “Bu ölkənin rəhbərliyi ittifaqa daxil olmağa etiraz etmir. Lakin bəzi problemlər var”.