BolgeXeber.Com » Gündəm » Qaradağın icra başçısı büdcəni necə talayır?!

Qaradağın icra başçısı büdcəni necə talayır?!

17-03-2017, 13:53
Oxunub: 4 861 Qaradağın icra başçısı büdcəni necə talayır?!Qaradağ rayon icra hakimiyyətinin başçısının həyat yolu ilə bağlı redaksiyamıza daxil olan informasiyalar kifayət qədər ilgincdir

İcra başçısının 1984-cü ildə Bədən Tərbiyəsi Akademiyasını bitirməsi bir sıra müəmmalara yol açır. Belə ki, yayılan məlumatlara görə, Süleyman Mikayılov bir neçə dəfə Akademiyadan kənarlaşdırılıb. Onun dərslərə dəvamiyyətində və bir neçə dəfə dava etdiyinə görə ali məktəbdən qovulduğu bildirilir. Nəhayət 22 yaşında S.Mikayılov ali məktəbi bitirə bilib. Boksla məşğul olmasına baxmayaraq heç bir əmək fəaliyyəti olmayıb. Bundan sonra isə S.Mikayılov biznes fəaliyyəti ilə məşğul olub.
Maddi imkanlarını bir qədər də genişləndirdikdən sonra S.Mikayılov 2004-cü ildə Bakı Dövlət Universitetinin hüquq fakültəsini bitirib.
Apardığımız araşdırmalar zamanı bəlli olub ki, əslində bu icra başçısı Dərdənddə adı bəlli olmayan bir ali məktəbə pulla daxil olub. 2001-ci ildə həmin ali məktəbdə bir il adı tələbə kimi qeyd edilən S.Mikayılov icra başçısı olduğu dönəmdə keçid edərək BDU-nun hüquq fakultəsinin tələbəsinə çevrilib.
Süleyman Mikayılovun rayona rəhbərlik etdiyi müddətdə Lökbatan qəsəbəsi sosai cəhətdən iflic vəziyyətə düşüb. Qəsəbədaxili və qəsəbəarası yollar dağıdılıb, uzun müddət təmir olunmadığı üçün gediş-gəliş çətinləşib. Rayonu mərkəzini qəsəbələrlə birləşdirən yollar tam yararsız vəziyyətdədir. Süleyman Mikayılov yalnız iş adamlarına məxsus obyektləri sökərək onların yerində özünə obyekt tikdirir. Təkcə Lökbatan qəsəbəsində belə üsulla 5 obyekt tikilib. O hətta özü üçün tikdirdiyi obyektin açılışını dövlət səviyyəsində edib. İcra başçısı Lökbatan qəsəbəsindəki bazarı qanunsuz olaraq özəlləşdirməklə 4 milyon 800 min manat mənimsəyib. Lökbatan qəsəbəsi, 28 May küçəsində yerləşən kolxoz bazarı Mikayılovun göstərişi ilə ələ keçirilib.

“Cırtdan kafesi”

S.Mikayılov 2 il öncə Hərbi Hava Hücumundan Müdafiə qərərgahının sığınacağını bərbad vəziyyətə salmış və onun yanında özünə ictimai iaşə obyekti tikdirmişdi. Bundan başqa, Lökbətan qəsəbəsi 28 may küçəsindəki uşaq parkında icra başçısına məxsus olduğu deyilən “Cırtdan kafesi” tikdirib. Yerli əhalinin sözlərinə görə bu kafedə pullu oyunlar oynanılır ki bu da sakinlərin narazılığına səbəb olur.
Hazırda isə Qaradağ rayonunda büdcə vəsaiti talan edilir, abadlıq adı altında iş adamlarından vəsait toplanır. Rayonda son dövrdə 50 mindən yuxarı qanunsuz tikili var. Bunlardan yığılmış vəsaitin miqdarı 200 milyondan yuxarıdır. Prezident bu rayondakı tədbirlərdə iştirak etdiyi onun getdiyi yerlərin ətrafı qismən abadlaşdırılır, ondan 30 metr aralı isə bərbad vəziyyətdədir. Bunu bütün qəsəbələrdə müşahidə etmək mümkündür. Qismən aparılan abadlıq işləri ara fəhlələri tərəfindən icra olunur, bunlar da günəmuzd işləyirlər. Büdcədən ayrılan vəsait isə hara getdiyi məlum deyil. İndi rayonun büdcəsi milyonlarla ölçülür. Bu pulun hara xərclənməsi isə sakinlərə məlum deyil.

Qaradağ rayon icra hakimiyyətinin başçısı Süleyman Mikayılov karxanalar üzərində öz payı olan ciddi fiqurdur. Onun müxtəlif nöqtələrə yerləşdirdiyi xüsusi adamları onun adından peşəkar formada külli miqdarda pul yığırlar.
Bunun kimi daha bir neçə şok faktı əhatələyən materiallar yaxın günlərdə dərc olunacaq. Araşdırmamız davam edir.

Yazılanlarla bağlı qarşı tərəfin fikrini verməyə hazırıq.
Bolgexeber.com