BolgeXeber.Com » Ölkə » Maaşlar verilməsə bayramdan sonra müəllimlər işləməkdən imtina edəcəklər – BSU-da qalmaqal
Maaşlar verilməsə bayramdan sonra müəllimlər işləməkdən imtina edəcəklər – BSU-da qalmaqal
16-03-2017, 09:35
Oxunub: 2 288
"Belə çıxır ki, biz havayı işləyirik?!”
Bakı Slavyan Unversitetində müəllimlərin fevral məvaciblərinin verilməməsi barədə məlumat vermişdik. Azimforum.az-a daxil olan yeni məlumata görə, yaranan vəziyyətlə əlaqədar müəllimlər artıq açiq etiraz edirlər. Bu haqda sayta məlumat verən mənbənin sözlərinə görə, həftənin sonuna qədər rəhbərliyə vaxt verilib:
“Əgər həftə sonuna kimi maaşlar verilməsə, müəllimlər bayramdan sonra auditorialara girib dərs deməyəcəklər. İnsanları bu qədər alçatmaq olmaz. Qoy indi texniki işçi və süpürgəçilər gedib dərs desinlər tələbələrə. Rəhbərlik başa düşmür ki, tələbələr təhsil almaq üçun pul ödəyir, universitetin süpürülməsi üçün yox. Əziyyətlə qazandığımız qəpik-quruşu minnətlə, bizi əzə-əzə, bezdirə-bezdirə verirlər. Rəhbərlik başa düşsün ki, biz müəllimlər auditoriyaya girib dərs deməsək, tələbə təhsil haqqını ödəməz. Artıq 30 ilə yaxındı dərs deyirəm hələ heç bir rektor öz əməkdaşlarına belə laqeyid yanaşmayıb. Mühasibatlıqdan soruşnda ki, nə vaxt olacaq? Cavab verirlər ki, maaş gözləməyin, heç nə deyə bilmərik. Belə çıxır ki, biz havayı işləyirik?!”.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə