BolgeXeber.Com » Ölkə » Tovuzda sürücü piyadanı vurdu – ölən qadın öz anası imiş - VİDEO

Tovuzda sürücü piyadanı vurdu – ölən qadın öz anası imiş - VİDEO

16-03-2017, 09:45
Oxunub: 2 040 Tovuzda sürücü piyadanı vurdu – ölən qadın öz anası imiş - VİDEOGecə saatlarında yolu keçmək istəyən piyadanı maşın vurub. Yaralı xəstəxanada dünyasını dəyişib

Hadisə Tovuzda baş verib. Ağdamda isə bir nəfər ehtiyatsızlıqdan anasını avtomobillə vuraraq öldürüb.
Tovuzda piyadanı avomobil vuraraq öldürüb. Hadisə gecə baş verib. Rayon sakini 60 yaşlı Yaşar Kərimov yolu keçmək istəyərkən Rəşad Hacıyevin idarə etdiyi avtomobilin altında qalıb.
Yaralı Tovuz rayon mərkəzi xəstəxanasına çatdırılsa da, xilas etmək mümkün olmayıb. Hadisədən sonra Rəşad Hacıyev könüllü olaraq polisə təslim olub. Faktla bağlı hüquq-mühafizə orqanlarında araşdırma aparılır.
Ağdamdan bir qadın piyadanı oğlunun idarə etdiyi avtomobil vurub.56 yaşlı Filyar Əliyevanın iribuynuzlu heyvanın vurması nəticəsində öldüyü barədə məlumat yayılsa da, onun öz oğlu tərəfindən avtomobillə vurularaq öldürüldüyü məlum olub.
Hadisə Ağdam rayonunun Əfətli kəndində baş verib. Niyaz Əliyev idarə etdiyi avtomobillə yolu keçən anasını vurub. 56 yaşlı qadın xəstəxanaya yerləşdiriləsə də onu xilas etmək mümkün olmayıb. Qəza törədən Niyaz Əliyev saxlanılıb. Hadisənin ehtiyatsızlıqdan baş verdiyi bildirilir.