BolgeXeber.Com » Dünya » Ukrayna azərbaycanlı qəhrəmanla vidalaşdı - FOTO

Ukrayna azərbaycanlı qəhrəmanla vidalaşdı - FOTO

17-03-2017, 10:50
Oxunub: 2 644 Ukrayna azərbaycanlı qəhrəmanla vidalaşdı - FOTOSvatovda Ukrayna silahlı qüvvələrinin könüllü hərbi xidmətdə olan çavuşu Atakişiyev Sahib Məhərrəm oğlu ilə vida mərasimi keçirilib

Sahib Atakişiyev martın 13-də Donetsk Vilayətində ATO hərbi tapşırığı yerinə yetirərkən həlak olub.

Sahibi son mənzilə yola salmağa hakimiyyət nümayəndələri, yerli sakinlər, ATO iştirakçıları, məktəblilər gəlib.

Rayon şurasının sədri V.V.Slepets həlak olan qəhrəmanın yaxınlarına müraciət edərək göstərdiyi igidliyə görə minnətdarlığını bildirib:

“Bu gün biz ölkəmizin daha bir qəhrəmanı, müdafiəçisi ilə - Atakişiyev Sahib Məhərrəm oğlu ilə vidalaşırıq. Azərbaycan vətəndaşı olan bu igid Ukraynanı bütün qəlbiylə sevdi və onun uğrunda canını verdi. Biz səni həmişə yad edəcəyik”.
Ukrayna azərbaycanlı qəhrəmanla vidalaşdı - FOTO