BolgeXeber.Com » İdman » "Mançester Yunayted"in baş məşqçisi "Rostov"la oyunda hesabı açan Markos Roxoya banan yedirib-VİDEO

"Mançester Yunayted"in baş məşqçisi "Rostov"la oyunda hesabı açan Markos Roxoya banan yedirib-VİDEO

17-03-2017, 11:44
Oxunub: 3 304 "Mançester Yunayted"in baş məşqçisi "Rostov"la oyunda hesabı açan Markos Roxoya banan yedirib-VİDEOİngiltərənin "Mançester Yunayted" və Rusiyanın "Rostov" komandaları arasındakı Avropa Liqasının 1/8 final mərhələsinin cavab görüşündə gözlənilməz olay baş verib

"Report"un məlumatına görə, meydan sahiblərinin baş məşqçisi Joze Mourinyo komandası hesabı açdıqdan az sonra futbolçusu Markos Roxoya banan yedirib. O, bananı soyduqdan sonra ehtiyat oyunçular skamyasındakı Eşli Yanqı yanına çağırıb və onu Roxoya çatdırmasını istəyib. Öz növbəsində argentinalı müdafiəçi bananı alaraq, meydandaca yeməyə başlayıb.
Qeyd edək ki, görüş "Mançester Yunayted"in qələbəsi ilə yekunlaşıb - 1:0. Bununla da "qırmızı şeytanlar" 1/4 finala yüksəliblər.
"Mançester Yunayted"in baş məşqçisi "Rostov"la oyunda hesabı açan Markos Roxoya banan yedirib-VİDEO