BolgeXeber.Com » BÖLGƏ TV » Azərbaycanlı müğənni ona lüt şəkillərini göndərən oğlandan danışdı - VİDEO

Azərbaycanlı müğənni ona lüt şəkillərini göndərən oğlandan danışdı - VİDEO

18-03-2017, 09:59
Oxunub: 7 937 Azərbaycanlı müğənni ona lüt şəkillərini göndərən oğlandan danışdı - VİDEOAzərbaycanlı müğənni Sevda Kazımova sosial şəbəkədə ona lüt şəkillərini göndərən oğlana qarşı hüquq mühafizə orqanlarına etdiyi şikayətdən vaz keçib

Bolgexeber.com xəbər verir ki, bu barədə Lent.az-a ifaçının özü məlumat verib.

O, bildirib ki, 24 yaşlı oğlanı ailəsinə görə bağışlayıb:

“Bilirsiniz, mən elə adamam ki, heç bir zaman heç kimsəyə pislik etmərəm. Amma mən bu oğlanı o sosial şəbəkədə qara siyahıya atdım, başqa yerdən yenə qarşıma çıxdı. O insan heç məni tanımırdı. Sadəcə şəkillərimi görüb, xoşu gəlmişdi. Mənə çox pis şəkillər göndərirdi. Hər bir qadına həmin şəkilləri göndərsəydilər, həmin xanım özünü çox pis hiss edərdi. Bu nə idi?! Sən axı mənim əxlaqımla tanış deyilsən. Nəyə qulluq etdiyimi bilmirsən. Necə olar ki, bir insan lüt bədən şəklini qadınlara göndərə bilər? Bu, hansı mənəviyyata sığır?!”.

S.Kazımova bildirib ki, bu məsələni həyat yoldaşından və övladlarından gizlədib:

“Mən nə deyirəmsə, həyat yoldaşım da onunla razılaşır. Həyat yoldaşıma və oğlanlarıma imkan vermədim ki, həmin oğlanla danışsın. İnanırsınız, oğlan mənə şəkillərini göndərəndə hamama keçirdim, istəyirdim ki, əsəbimdən başımı divara vurum. Ona görə bacısı gəldi, dedi, nə olar, qardaşımı bağışlayın. Mən də ona dedim, mənim elə qardaşım, oğlum olsa idi, arxasınca gəlməzdim. Söylədim ki, qardaşına haqq qazandıra bilərmi? Bir sözlə oğlan dizlərini yerə qoydu, məndən üzr istədi, ağladı”.