BolgeXeber.Com » Xəbərlər » Astan Şahverdiyev yenə “quş” buraxdı

Astan Şahverdiyev yenə “quş” buraxdı

18-03-2017, 10:16
Oxunub: 1 828 Astan Şahverdiyev yenə “quş” buraxdıMillət vəkili bu gün parlamentdə hökumətin növbəti illik hesabatı zamanı çox qəribə və anlaşılmaz bir ifadə səsləndirib

Bir müddət öncə məşhur “otxod” məsələsi ilə bağlı cəmiyyətin, medianın ciddi müzakirə mövzusuna çevrilən, sərt təpkilərə, qınaqlara, sonda isə parlament komitəsi tərəfindən xəbərdarlığa məruz qalan deputat Astan Şahverdiyev yenə “quş” buraxıb.
Gununsesi.info-nun xəbərinə görə, belə ki, millət vəkili bu gün parlamentdə hökumətin növbəti illik hesabatı zamanı çox qəribə və anlaşılmaz bir ifadə səsləndirib.
“Mənim deputatlıq fəaliyyətim dövründə hər ilin mart ayında parlamentin plenar iclasında hökumətin hesabatı artıq ənənə halını alıb”-deyə, o, bildirib.
Bu yerdə qeyd etməyə dəyər ki, hər hansı deputatın fəaliyyət dövründən və müddətindən asılı olmadan parlamentin hər il yaz sessiyasının 5-ci iclasından gec olmayaraq, hökumətin Milli Məclis (MM) qarşısında hesabatı dinlənilir.
Ancaq A. Şahverdiyevin sözlərindən isə belə anlaşılır ki, məhz onun deputalıq fəaliiyəti (?) dövründə bu hesabat “ənənə” halını alıb…
Əlavə izahata ehtiyac yoxdur…