BolgeXeber.Com » Xəbərlər » Azərbaycanda “ölü” maaş alır, vergi və pensiya fonduna pul ödəyir – VİDEO

Azərbaycanda “ölü” maaş alır, vergi və pensiya fonduna pul ödəyir – VİDEO

18-03-2017, 14:08
Oxunub: 2 371 Azərbaycanda “ölü” maaş alır, vergi və pensiya fonduna pul ödəyir – VİDEORəsmən ölüdür, maaş alır, vergi və pensiya fonduna pul ödəyir

Tragikomik hadisə müəllimə işləyən Bərdə sakininin başına gəlib. O, işi ilə əlaqədar Sosial Müdafiə Fondunun rayon şöbəsinə müraciət edəndə şoka düşüb. Ona bildirilib ki, qurumda ölü kimi qeydiyyatdadır. Üstəlik bu bir ildir belədir və məsələ həllini tapmır.
Diridir, nəfəs alır, yaşayır, hətta məktəbdə müəllimlik edir. Amma rəsmi sənəddə ölüdür.
Tragikomik halın qəhrəmanı Bərdənin Bəcirəvan kəndində müəllim işləyən 54 yaşlı Maral Əliyevadır. O, ötən il aprel ayında xəstəliklə əlaqədar işə gedə bilmədiyinə görə bülletenə çıxıb. Bülleten gecikəndə isə rayon təhsil şöbəsinə və Sosial müdafiə fondunun rayon şöbəsinə müraciət edib. Qurumda ilk olaraq onun şəxsiyyət vəsiqəsi ilə əlaqədar problem oldugunu bildiriblər. Ancaq bir bu yoluna qoyulduqdan sonra da məsələ həllini tapmayıb. Araşdırma nəticəsində məlum olub ki, Maral Əliyeva fondda ölü kimi qeydiyyatdadır.
Müəyyən edilib ki, eyni ad və soyad hətta ata adı olan başqa qadının ölümü onun adına sənədləşib, nəticədə o rəsmi olaraq ölü kimi qeydiyyata salınıb. Buna görə də 54 yaşlı qadın hələ də problem yaşayır.
Burada digər problem də ortaya çıxıb. Maral Əliyəva rəsmən ölü kimi qeydiyyatda olsa da maaşından həm vergi, həm də pensiya fonduna pul ödənir.
Rayon təhsil şöbəsindən bildirilib ki, pul köçürülən kart mövcuddur. Sadəcə şəxsin adı müəyyən olunmayıb. Məsələ ilə bağlı Dövlət Sosial müdafiə fondunun Bərdə rayon şöbəsindən bildirilib ki, həmin vətəndaşın ölü kimi göstərilməsi elektron qaydada aparılan qeydiyyat zamanı texniki sənv olub. Bu araşdırılıb aradan qaldırılacaq.