BolgeXeber.Com » Gündəm » Bakı Beynəlxalq Avtovağzalında qiymətlər bayrama görə daha 10 manat artdı-Narazılıq(FOTO)

Bakı Beynəlxalq Avtovağzalında qiymətlər bayrama görə daha 10 manat artdı-Narazılıq(FOTO)

18-03-2017, 14:49
Oxunub: 2 958 Bakı Beynəlxalq Avtovağzalında qiymətlər bayrama görə daha 10 manat artdı-Narazılıq(FOTO)Bakı Beynəlxalq Avtovağzalında qiymətlər od tutub yanır,müvafiq dövlət qurumları isə qiymətlətə nəzarət etmir

Novruz bayramı ilə əlaqədar Bakı Avtovağzalından bölgələrə gedən maşurutlarda, taksilərdə qiymət artımı müşahidə olunur.

Bolgexeber.com xəbər verir ki, bu barədə jurnalist Rövşən Əsədov bildirib. Onun dediyinə görə avtovağzaldan Ağdam, Gəncə, Beyləqan və digər bölgələrə gedən taksilər qiymətləri 10-15 manat artıraraq 25 manata çatdırıblar. Bu vaxtacan 7 manata gedən "Qazel"lər isə 15 manata gedirlər.

Bunu tələbatın yüksək olması ilə əlaqələndirən sürücülər süni qiymət artımından yararlanmağa çalışırlarlar. Qeyd edək ki, hər il bayramlarda belə qiymət artımlar qeydə alınsa da heç bir tədbir görülmür.
Bakı Beynəlxalq Avtovağzalında qiymətlər bayrama görə daha 10 manat artdı-Narazılıq(FOTO)

.