BolgeXeber.Com » Xəbərlər » Səlim Müslümovun özünü reklam etdirməklə xal qazanmaq işinə yarayır? - Ünvanlı sosial yardımla bağlı nə baş verir?

Səlim Müslümovun özünü reklam etdirməklə xal qazanmaq işinə yarayır? - Ünvanlı sosial yardımla bağlı nə baş verir?

18-03-2017, 16:53
Oxunub: 1 952 Səlim Müslümovun özünü reklam etdirməklə xal qazanmaq işinə yarayır? - Ünvanlı sosial yardımla bağlı nə baş verir?Ünvanlı sosial yardım almaq üçün müraciət etmək asanlaşıb, amma onu almaq mümkünsüzləşib

Bu gün hər ölkədə aztəminatlı insanları maraqlandıran bir sual var: ünvanlı sosial yardımla bağlı nə baş verir?

Bu suala birmənalı cavab ondan ibarətdir ki, Səlim Müslümovun yeni qaydaları bu sistemi iflic vəziyyətinə saldı. Bu sistem hazırda ölü vəziyyətindədir, sadəcə onu birdəfəlik dəfn etmək qalıb. Sistemi birdəfəlik ləğv etməyib, əvəzində bu formaya salmaqla onu göstərmək istəyirlər ki, ünvanlı yardım mexanizmi davam etdirilir, kim istəsə yardım üçün elektron formada müraciət edə bilər. Araşdırılıb müraciətinə cavab veriləcək.
Hazırda ünvanlı sosial yardımla bağlı tətbiq olunan yeni qaydaların real təfsiri belədir: ünvanlı sosial yardım almaq üçün müraciət etmək asanlaşıb, amma onu almaq mümkünsüzləşib. Ən pis cəhət isə ondan ibarətdir ki, son nəticəsi kasıb insanlar üçün hədsiz dərəcədə pis olan yeniliklər müsbət dəyişikliklər kimi təqdim olunur. Faktiki olaraq bununla cəmiyyət aldadılır. Alınması mümkün olmayan yardıma asan formada müraciət etmək kimin nəyinə lazım? Bu ancaq Səlim Müslümovun özünü reklam etdirməklə xal qazanmaq işinə yarayır…
Dövlət Sösial Müdafiə Fondunun (DSMF) sədri işləyəndə pensiya sistemini, pensiya təyin olunmasının şərtlərini, xüsusilə əmək pensiyası təyin olunması üçün tələb olunan sığorta stajı və yaş həddini Azərbaycanda orta ömür müddətini nəzərə almadan qaldırdı. Bu da elə bir eybəcər hala yaratdı ki, insanların çoxunun ömrü pensiya yaşına çatmağa və ya onu normal səviyyədə almağa yetmir. Səlim Müslümovun 2006-cı ildə qəbul etdirdiyi əmək pensiyaları haqqında qanun daha çox ona xidmət edir ki, insanlar mümkün qədər daha çox əmək pensiyası almaqdan məhrum olub, məbləği əmək pensiyalardan 2-3 dəfə az olan sosial müavinətlərlə kifayətlənməli olsunlar.(azpolitika.info)Həmin qanun 18 yaşına çatmış sağlamlıq imkanları məhdud uşaqdan əmək pensiyası almaq üçün 5 il sığorta stajı tələb edir. Halbuki ölkədə mövcud əmək məcəlləsinin tələbinə görə əmək müqaviləsi 15 yaşına çatmış şəxslərlə imzalana bilər. Belə olan halda 18 yaşlı şəxs necə 5 il sığorta stajı toplaya bilər?Həmin qanunla pensiya yaş həddini artırması azmış kimi Səlim Müslümov bir neçə ay bundan qabaq ortaya yenə antixalq bir mövzu atmışdı ki, bəs dövlət qulluqçularının və hərbçilərin pensiya yaş həddi qaldırılsın.Hər kəs bilməlidir ki, bu, Səlim Müslümova hava və su kimi lazımdır. Çünki o ancaq bunun hesabına məmur ömrünü uzada bilir. Bir neçə sosial və iqtisadi termini pafosla təqdim etməklə özünün savadlı mütəxəssis olduğunu və bu cür qərarlarla dövlət büdcəsində milyonlarla manata qənaət olunduğunu ortaya qoymaqla özünə xal toplayır. Bir sözlə yetim-yesirin, əlilin, kimsəsizin, qocanın, tənhanın bədbəxtliyi üzərində özünün xoşbəxtliyini qurur…
Amma tarix göstərir ki, başqalarının bədbəxtliyi üzərində qurulan xoşbəxtliyin axırı çox pis qurtarır. Cinin canı şüşədə olduğu kimi Səlim Müslümovun da canı pensiya yaş həddinin artırılmasındadır. Günlərin birində Səlim Müslümov pensiya yaşını yenidən artırmağı təklif etsə heç təəccüblənmək lazım deyil.
Səlim Müslümova elə gəlir ki, insanları haqq etdikləri pensiyanı almaqdan məhrum etməklə, dövlət büdcəsində vəsaitə qənaət olunması böyük hünər və yaxşı iqtisadçı olmaq deməkdir.

Rubrika.az