Bulvarda pulsuz Wi-Fi var – Bakı əhalisinə şad xəbər
18-03-2017, 17:09
Oxunub: 3 752
Dənizkənarı Milli Park ərazisində Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi Bakı Telefon Rabitəsi İstehsalat Birliyi tərəfindən həyata keçirilən əhalinin pulsuz internetlə təminatını nəzərdə tutan “İctimai internet” şəbəkəsi istifadəyə verilib
Artıq bu gündən etibarən paytaxt sakinləri və şəhərin qonaqları Dənizkənarı Milli Park və Dövlət Bayrağı Meydanı ərazilərində pulsuz internetdən istifadə edə bilərlər.
Bolgexeber.com xəbər verir ki, bu münasibətlə keçirilən açılış mərasimində bildirilib ki, Dənizkənarı Milli Park və Dövlət Bayrağı Meydanı ərazilərinin ictimai internetlə təchiz olunması üçün Çinin “Huawei” şirkəti tərəfindən zəruri avadanlıqlar (Access Point) quraşdırılıb. Həmin ərazi üzrə 122 qoşulma nöqtəsi mövcuddur ki, bu da təxminən 8 minədək insanın eyni anda internetə çıxışını təmin edir. Tezliklə Dənizkənarı Milli Parkın “Ağ Şəhər” ərazisi də “İctimai internet” şəbəkəsinin əhatə dairəsinə daxil ediləcək.
Diqqətə çatdırılıb ki, ilin sonunadək bir sıra parkların da pulsuz internetlə təmin edilməsi nəzərdə tutulur. Bununla yanaşı, Heydər Əliyev Mərkəzinin parkında bu istiqamətdə işlər həyata keçiriləcək.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər