BolgeXeber.Com » Gündəm » Avtovağzalda bayram təlaşı:Sərnişin bolluğu, avtobus qıtlığı ,süni qiymət artımı - FOTO

Avtovağzalda bayram təlaşı:Sərnişin bolluğu, avtobus qıtlığı ,süni qiymət artımı - FOTO

19-03-2017, 10:14
Oxunub: 2 966 Avtovağzalda bayram təlaşı:Sərnişin bolluğu, avtobus qıtlığı ,süni qiymət artımı - FOTOHər il bayramlarda olduğu kimi bu dəfə də Bakı Beynəlxalq Avtovağzalında qiymət artımı qeydə alınıb

Bayram tətilinin uzun olması ilə əlaqədər bölgələrə gedənlərin sayı artıb.Bu da Bakı Beynəlxalq Avtovağzalda sıxlıq yaradıb.Bu gün səhər saatlarından avtovağzal ərazisində böyük sərnişin artımı qeydə alınıb. Bütün rayonlara gedən böyük avtobuslar 15 manatdan aşağı getmir. Balaca mikroavtobuslar isə rayonlar istiqamətinə ən aşağı 10 manata aparır. Bayram tətili ilə əlaqədər bölgələrə gedənlər isə avtobus qıtlığından avtovağzalda saatlarla gözləyirlər , getməyə avtobus tapmırlar.Kassalarda isə dünən səhər saat 9- dan bilet yoxdur.
Bakı Beynəlxalq Avtovağzalına yollanan Bölge TV-nin əməkdaşı da bu sıxlığı müşahidə edib. Zaqatala və Balakən istiqamətlərinə yolanan avtobusların sayı cəmi 2 ədəddir. Sərnişinlər buna narazıçılıqlarını bildirəndə isə onlara avtovağzal rəhbərliyindən bildiriblər ki,əlavə avtobuslar ayrılacaq.
Amma buna baxmayaraq heç bir əlavə avtobus ayrılmayıb. Bundan başqa sərnişinlər bu bayram günləri gediş haqlarının anormal olaraq kəskin qalxmasından narazıdırlar. Tələbatın yüksək olmasından süni istifadə edən sürücülər isə süni qiymət artımından yararlanmağa çalışırlarlar. Hər il bayramlarda olduğu kimi bu dəfə də Bakı Beynəlxalq Avtovağzalında qiymət artımı qeydə alınıb. Amma təəsüf ki, həmişəki kimi heç bir tədbir görülmür.Bundan başqa sərnişinlərə yalandan kassalarda deyirlər ki, kiçikhəcmli avtobuslarda gedişhaqqı 6- manat ,böyük tutumlularda isə 7- manatdır,amma reallıqda avtobus sürücüləri sərnişinlərin " cibinə girərək"onlardan müvafiq olaraq 10,15 manat pul alırlar.Təbii ki,bu da sərnişinlərin böyük narazıçılığına səbəb olur.
Avtovağzalda bayram təlaşı:Sərnişin bolluğu, avtobus qıtlığı ,süni qiymət artımı - FOTO
Avtovağzalda bayram təlaşı:Sərnişin bolluğu, avtobus qıtlığı ,süni qiymət artımı - FOTO