BolgeXeber.Com » Ölkə » Bərdə: həqiqətin gerçək üzü

Bərdə: həqiqətin gerçək üzü

20-03-2017, 10:49
Oxunub: 3 185 Bərdə: həqiqətin gerçək üzüRayon sakinlərinin verdiyi məlumatlar və media olaraq əldə etdiyimiz məlumatlar da baş verənlərin əslində ilkin təqdim olunandan fərqli mahiyyət daşıdığını ortaya qoyur

Bu günlərdə mətbuatda Bərdə rayonunda fəaliyyət göstərən stomotoloqların adından məlumat yayılmışdı. Bərdə rayonunda fəaliyyət göstərən stomotoloqlar və diş texnikləri icra başçısı Vidadı İsayevə ünvanladıqları və surətini mediaya göndərdikləri müraciətdə yayılan məlumatlara aydınlıq gətiriblər. Müraciətdə stomotoloq və diş texnikləri icra başçısın stomotoloji kabinetlər barədə sərəncamının mahiyyətini düzgün anlamadıqlarını bildirərək bundan əvvəl yayılan xəbərdə stomotoloji kabinetlərdən guya pul toplanması, heç bir əsas olmadan, məqsədli şəkildə onların bağladılması haqda məlumatların həqiqəti əks etdirmədiyi bildirilir.
Bərdə rayonunda fəaliyyət göstərən stomotoloqlar və diş texnikləri adından Bəhlul Abbaslı, Vüqar Quliyev, Əli Quliyev, Şamxal Quliyev, Fərhad Quliyev, Ərəstun Əliyev, Yunis Mehrəliyev, Raziyyə Ravəndi və Hikmət Məmmədov adlı şəxslərin icra başçısının sərəncamının qanunsuz fəaliyyət göstərən kabinetlərə aid olduğunu və burada hər hansı başqa məqsəd olmadığını bildirir. Müraciət müəllifləri yazır: “Stomotoloji fəaliyyətin monitorinqi barədə verdiyiniz sərəncamı səhv anlamadığımıza görə sizdən üzr istəyirik. Əslində bu sərəncamın rayonda stomotoloji sahəyə aid olmayanların bu işlə məşğul olmasının qarşısının alınmasına yönəldiyini anlayaraq komissiyanın sədri Eldəniz Səfərov və komissiya üzvlərinə təşəkkür edirik və bu addımı dəstəklədiyimizi bəyan edirik”.
Rayon sakinlərinin verdiyi məlumatlar və media olaraq əldə etdiyimiz məlumatlar da baş verənlərin əslində ilkin təqdim olunandan fərqli mahiyyət daşıdığını ortaya qoyur. Məsələ burasındadır ki, bir müddət öncə Bərdənin Yeni Daşkənd kəndində çənə əməliyyat zamanı həkimin zəruri normalara riayət etməməsi səbəbilə xəstənin səhhətində prolem yaranıb və həmin şəxs hələ də ağrılardan əziyyət çəkir. Başqa 2 kənddə aparılan “stomotoloji əməliyyatda” 2 pasient “Hepatit C” virusuna yoluxub və onların vəziyyəti indiyədək ağır olaraq qalır.
Bu məsələnin həll olunması məqsədilə Bərdə RİH, Bərdə rayon Mərkəzi Xəstəxanası, polis əməkdaşları və özəl fəaliyyət göstərən 5-ə yaxın klinika birgə monitorinq təşkil edərək həmin “həkimləri” ifşa ediblər. Yaradılmış komissiyanın rəhbəri Eldəniz Səfərovun fəaliyyəti də həm rayon rəhbərliyi, həm də sakinlər tərəfindən yüksək dəyərləndirilib. Bərdə icra hakimiyyətinin və digər əlaqədar qurumların birgə təşkil etdiyi monitorinq nəticəsində qanunsuz tibb müəssisələrinin ifşa edilməsi təbii olaraq Bərdə sakinlərinin sevincinə səbəb olub. Onlar rayonun icra nümayəndələyinin və bu monitorinqdə əməyi keçən qurumların fəaliyyətinin təqdirəlayiq olduğunu qeyd ediblər. Sakinlər bildirir: “Bərdə RİH-nin və digər aidiyyati qurumların təşkilatçılığı ilə keçirilən bu monitorinq böyük əhəmiyyət kəsb edir. Onların fəaliyyəti bu qəbildən olan işbazların iç üzünü açmağa kömək edir. Monitorinqdən sonra keçirilən müşavirə də buna sübutdur ki, Bərdə rayonunda fırıldaqçılığa qarşı ciddi mübarizə aparılır və sakinlərin həyatını təhlükəyə atan şəxslər aşkara çıxarılır. Gələcəkdə də belə hadisələr baş verərsə, rayonumuzun icra nümayəndəliyinin bu məsələləri diqqətdən kənarda qoymayacağına inanırıq.”
Ümumiyyətlə, Qədim Bərdə torpağında da inkişaf, tərəqqi, insanların həyat şəraitinin yaxşılaşdırılması, sahibkarlığa geniş meydan verilməsi, əhalinin elektrik enerjisinə, təbii qaza və içməli suya olan ehtiyacının ödənilməsi, yeni iş yerlərinin açılması diqqəti daha çox cəlb edir. Sözün əsl mənasında, son illər Bərdə rayonu bölgədə öz inkişafına görə ön mövqeyə çıxmışdır. Son illərdə 3 min illik şəhər tarixi olan qədim Bərdə ölkənin çağdaş yeniləşmə və tərəqqi modeli əsasında ev-ev, məhəllə-məhəllə, küçə-küçə, meydan-meydan təzələnmiş, müasirləşmişdir. Rayon hərtərəfli yeniləşməsi ilə öz tarixində ən yüksək inkişaf səviyyəsinə çatmışdır. Bütün bunlar Bərdə şəhərinin və digər yaşayış məntəqələrinin yaxın keçmişdəki sınıq- salxaq, boz- bulanıq mənzərəsini birdəfəlik yox etmiş, hər addımda ürəkaçan, rahatlıq yaradan bir aləmə qapı açmışdır.
Bolgexeber.com