“McDonalds”da zəhərlənmə – DİQQƏT / FOTO
20-03-2017, 10:54
Oxunub: 2 089
Azərbaycandakı “McDonalds” restoranlar şəbəkəsi ilə bağlı daha bir xoşagəlməz fakt qeydə alınıb
Bu barədə BakiPost.az-a Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin tələbəsi Səid Paşayev məlumat verib. Bildirib ki, 16.03.2017-ci il tarixində şəbəkənin 28 mall ticarət mərkəzində yerləşən filialında 1 manat 50 qəpiyə qamburger, bundan əlavə qızardılmış kartof alıb, yeyib. Daha sonar isə axşam saatlarına yaxın özünü pis hiss edib və Sumqayıt Şəhər Təcili Tibbi Yardım Xəstəxanasına aparılıb. Xəstəxanada ona qida mənşəli kəskin allergik reaksiya diaqnozu qoyulub: “Soruşdular ki, nə yemisən, dedim qamburger. Ondan başqa da heç nə qəbul etməmişəm. Dedilər ki, ondan zəhərlənmisən. Bir neçə saat xəstəxanada qaldım, mədəmi yudular. Ondan sonra evə buraxdılar. Kartofdan şübhələnmirəm düzü. Çünki kartof yeni qızardılır. Amma qamburgeri yeyəndə həqiqətən də nəsə tam hiss elədim. Özüm də bşa düşdüm ki, nəsə başqa bir dad var. Amma çox fikir vermədim. Ac idim, yedim və getdim. Axşama yaxın isə mədəm çox pis oldu. Özümü pis hiss etməyə başladım və təcili xəstəxanaya çatdırıldım”.
Məlumat üçün bildirək ki, bu “McDonalds”la bağlı ilk şikayət deyil. Bundan əvvəl də bir neçə dəfə mətbuatda “McDonalds”dakı məhsulların keyfiyyətsizliyi ilə bağlı yazılar dərc edilib.
Bakı Post
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər