BolgeXeber.Com » BÖLGƏ TV » 17 yaşlı azərbaycanlı mühacir İsveçdə hamını ağlatdı:"Burda qalmaq mənim üçün "ölüm-dirim" məsələsidir"

17 yaşlı azərbaycanlı mühacir İsveçdə hamını ağlatdı:"Burda qalmaq mənim üçün "ölüm-dirim" məsələsidir"

21-03-2017, 10:24
Oxunub: 5 732 17 yaşlı azərbaycanlı mühacir İsveçdə hamını ağlatdı:"Burda qalmaq mənim üçün "ölüm-dirim" məsələsidir"İbrahim Nəsrullayev adlı azərbaycanlı gənc İsveçdə "Talang 2017" yarışında öz ifası ilə yarımfinala çıxmaqla bərabər bütün tamaşaçıları və münsiflər heyətini ağladıb

Məlum olub ki, İbrahim Nəsrullayevin ailəsi bir il öncə siyasi mühacir statusu almaq üçün İsveçə gəliblər.

Bolgexeber.com xudafərin.eu-ya istinadən videoda olan dialoqun tərcüməsini təqdim edir:

– Qarşımızda kimi görürük?

– Mənim adım İbrahimdir, 17 yaşım var. Sizin üçün oxumaq istəyirəm…

– Gözlə, İbrahim. Bizim üçün çox maraqlıdır. İstəyirik ki, özün haqqında daha çox məlumat verəsən.

– Mən İsveçə 1 il bundan öncə gəlmişəm. Ailəmizdə 3 nəfərik. Mən, anam və bacım. Ailəm mənim üçün hər şey deməkdir.

– Harda yaşayırsan?

– Mən Bodendə yaşayıram. Norbotten ərazisində yerləşir. Mən həm də bu çıxışımla Bodeni təmsil edirəm.

– Bodeni sevirsənmi?

– Əlbəttə, kim sevmir ki?

– Bir şeyi aydınlaşdırmaq istəyirəm. Sən hazırda İsveçdəsən. Burada uzunmüddətli qalacaqsınız, ya necə?
– Bəli… Yox, bilmirik.
– Bu çox maraqlıdır, çünki hələ gələcəyin haqqında heç nə bilmirsən…
– Burada qalmaq bizim üçün çox önəmlidir. Olum-ölüm kimi…
– Sən çox yaxşı oxuyursan, sənə uğurlar diləyirəm.

Studiya:
— Sən İsveçdə yalnız 1 il yaşamağına baxmayaraq, belə gözəl danışa bilirsən. LaGaylia (juridə oturan qarabəniz xanımı nəzərdə tutur) İsveçdə 30 ildir yaşayır, amma sənin kimi danışa bilmir… İbrahim, sənin cəmi 17 yaşın var, sənə belə bir sualım var, gələcəyin haqqında nə fikirləşirsən?

– Bu bir il ərzində biz miqrasiya xidməti tərəfindən neqativ qərar almışıq. Amma mənim ən böyük arzum İsveçdə yaşamaqdır.

– Musiqi sənin üçün nədir?

– Musiqi mənimçün həyatdır…

– O zaman sən oxu, biz də dinləyək…