BolgeXeber.Com » Dünya » Amerikalı milyarder Devid Rokfeller ölüb

Amerikalı milyarder Devid Rokfeller ölüb

21-03-2017, 10:31
Oxunub: 3 014 Amerikalı milyarder Devid Rokfeller ölübƏfsanəvi sahibkarlar sülaləsinin nümayəndəsi olan Devid Rokfeller 101 yaşında vəfat edib

Milyarderin mətbuat katibi onun Pokantiko-Hills şəhərciyində (Nyu-York ştatı) evində dinc şəkildə yuxuda ikən öldüyünü məlumat verib.
Devid Rokfeller “Standard Oil” şirkətinin təsisçisi və bəşər tarixində ilk dollar milyarderi Con Devison Rokfellerin nəvəsidir.
O, “Forbes”in bazar ertəsi açıqladığı milyarderlərin reytinq siyahısında 3,3 mlrd. dollarlıq varidat ilə 581-ci yerdə qararlaşmışdı. O, dünyanın ən yaşlı milyarderi idi.