BolgeXeber.Com » Xəbərlər » Tərtərli məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları geri döndülər

Tərtərli məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları geri döndülər

22-03-2017, 09:18
Oxunub: 2 721 Tərtərli  məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları geri döndülərCənub bölgəsindən zəngin təəssüratlarla ayrılan məktəblilər bu layihənin həyata keçirilməsinə görə Prezidentimizə minnətdarlıqlarını bildirdilər

Azərbaycan Prezidenti cənab İlham Əliyevin tapşırığına əsasən ölkəmizin tarixinin, mədəniyyətinin, adət-ənənələrinin, müstəqillik illərində əldə edilmiş nailiyyətlərin dərindən öyrənilməsi məqsədilə təşkil olunan “Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyada Lənkəran-Masallı-Astara istiqaməti üzrə səfərdə olan rayon məktəbliləri geri döndülər.
Əvvəlcə məktəblilər rayonun girişində ağac əkdilər. Sonra xüsusi ayrılmış avtobusla Tərtər Rayon İcra Hakimiyyətinin qarşısına gəldilər. İştirakçıları rayon icra hakimiyyətinin, təhsil şöbəsinin, rayon ictimaiyyətinin nümayəndələri və valdeyinlər qarşıladılar.
Məktəblilər cənub bölgəsindəki abidələri, muzeyləri ziyarət edərkən ölkəmizin tarixi, mədəniyyəti barədə çox şey öyrəndiklərini bildirdilər. Lənkəranda “Dairəvi qala”, “Qoşa qala qapıları”, “Mayak” binası, “Xan sarayı”, Astarada “Yanar bulaq”, Masallıda Tarix-Diyarşünaslıq Muzeyi ilə tanışlıq yaddaşlarından heç vaxt silinməyəcəyini dedilər.
Cənub bölgəsindən zəngin təəssüratlarla ayrılan məktəblilər bu layihənin həyata keçirilməsinə görə Prezidentimizə minnətdarlıqlarını bildirdilər.
Sonda xatirə şəkli çəkildi.
Bolgexeber.com
Tərtərli  məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları geri döndülər
Tərtərli  məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları geri döndülər
Tərtərli  məktəblilər “Ölkəmizi tanıyaq” tur-aksiya iştirakçıları geri döndülər