BolgeXeber.Com » Dünya » Şvartseneqqer reytinqi aşağı düşən Trampı ələ salıb - VİDEO

Şvartseneqqer reytinqi aşağı düşən Trampı ələ salıb - VİDEO

22-03-2017, 10:12
Oxunub: 3 130 Şvartseneqqer reytinqi aşağı düşən Trampı ələ salıb - VİDEOAktyor və Kaliforniya ştatının sabiq qubernatoru Arnold Şvartseneqqer əhali arasında dəstəyinin aşağı olmasına görə ABŞ prezidenti Donald Trampı ələ salıb

"Report" xəbər verir ki, aktyor bununla bağlı videoyazını çərşənbə axşamı "Twitter" mikrobloquna yerləşdirib.
"Donald, reytinqi açıqladılar və siz uğursuzluğa düçar oldunuz. Pis deyil!" – deyə aktyor bildirib.
O, ABŞ-ın Tramp administrasiyası tərəfindən hazırlanan və bir sıra sosial proqramlar, o cümlədən məktəblilərin və aztəminatlı ailələrin pulsuz qidalanması üzrə xərclərin azaldılmasını nəzərdə tutan büdcə layihəsinə diqqət yönəldib.
"Bu şəkildə Amerikanı yenidən böyük edə bilməzsiz", - deyə Şvartseneqqer əlavə edib.
Aktyor Trampa ritorik sual ünvanlayıb: "Sizə məsləhətləri kim verir?" Keçmiş qubernator, həmçinin prezidentə Vaşinqtonda hər hansı bir ümumtəhsil məktəbinə birgə getməyi və sosial xərclərin azaldılmasının şagirdlərə nə dərəcədə mənfi təsir göstərəcəyinə əmin olmağı təklif edib.