BolgeXeber.Com » İqtisadiyyat » Dünyanın ən ucuz və ən bahalı şəhəri açıqlandı

Dünyanın ən ucuz və ən bahalı şəhəri açıqlandı

22-03-2017, 13:27
Oxunub: 3 887 Dünyanın  ən ucuz  və ən bahalı şəhəri açıqlandıDünyanın ən bahalı şəhəri Sinqapur, ən ucuzu isə Qazaxıstanın paytaxtı Almatıdır. Bunu «Economist Intelligence Unit»in (EIU) araşdırması üzrə çıxarıb

Dünyanın ən bahalı şəhəri Sinqapur, ən ucuzu isə Qazaxıstanın paytaxtı Almatıdır. Bunu «Economist Intelligence Unit»in (EIU) araşdırması üzrə çıxarıb

İllik hazırlanan Dünya Yaşam Dəyəri Sorğusu (Worldwide Cost of Living Survey) dünyanın 133 şəhərində 150-dən çox müxtəlif alış-verişin dəyərini öyrənir və səyahətçilərə haraya getmək, yaxud getməmək məsləhətini vermiş olur.

Uzaq Şərq və Qərbi Avropa cədvəlin yuxarısında yer alıb. Artıq 4 ildir Sinqapur bu siyahının başındadır. Ondan sonra Honq-Konq və Yaponiyanın 2 şəhəri – Tokio və Osaka gəlir. Seul, Cenevrə, Paris və Kopenhagen də ilk 10-luqdadır.

ASİYA ŞƏHƏRLƏRİ BAHALANIR

Ən ucuz şəhərlər içində Almatından sonra Nigeriyanın Laqos, Hindistanın Banqalor, Pakistanın Karaçi, Əlcəzairin paytaxtı Əlcəzairdir. Son onluqda Hindistanın daha 3 şəhəri yer alıb.

London ötənilki 6-cı yerdən 24-cü yerə düşüb ki, bunun da əsas səbəbi ötən il seçicilərin çoxluğunun Avropa Birliyindən çıxmağa (Brexit) səs verməsindənsonra funt-sterlinqin ucuzlaşmasıdır.

«Siyahıda Böyük Britaniya şəhərləri geriləyir, Asiya şəhərləri önə çıxır. Nəticədə ən bahalı 10 şəhər içində cəmi dörd Avropa şəhəri var. 10 il öncə ilk 10-luğun 8 şəhəri Avropada yerləşirdi», –bunu «The Telegraph» qəzetinə sorğunun redaktoru Jon Copestake söyləyib.

Araşdırmada deyilir ki, son illər ABŞ şəhərlərində yaşayışın dəyəri ümumilikdə qalxsa da, San-Fransisko və Leksinqtondan başqa bütün şəhərlərdə düşüş qeydə alınıb. Avrozonada isə ən bahalı şəhər Parisdir və ilk 10-luqdadır.