BolgeXeber.Com » Şou-Biznes » Rəqsanə 4 maşını birdən vurdu

Rəqsanə 4 maşını birdən vurdu

12-07-2010, 15:00
Oxunub: 6 632
Bu gün səhər saatlarında müğənni Rəqsanə yol qəzasına düşüb. Hadisə Heydər Əliyev prospektində baş verib. ATV kanalında yayımlanan “Xeyir ola” verilişinə gələn müğənninin idarə etdiyi 90-EZ-999 dövlət nömrə nişanlı “Range Rover” markalı avtomobil 4 maşınla toqquşub: “Verilişə tələsirdim, maşını 160-170 sürəti ilə idarə edirdim. Etiraf edirəm ki, günah məndə oldu. Maşınları vuranda dodağım rula dəydi, bundan hiss elədim ki, qəza törətdim. Ağlaya-ağlaya anama zəng edib, arxamca maşın göndərməyi xahiş etdim. Hazırda qorxu içindəyəm, özümə gələ bilməmişəm”.

Səhər tezdən əsəbləşdiyini deyən Rəqsanə vurduğu yalnız iki maşını təmir etdirəcək: ““Lexsus”la “BMW” markalı maşınlara o qədər də ziyan dəyməyib. Sag olsunlar sürücüləri, mənə dedilər ki, Rəqsanə xanım maşınlara heç nə olmayıb. Siz o biri maşınları düzəltdirin. Yalnız “Prado” və “Vaz-2107” markalı maşınları təmirə göndərdim”.

Müğənni idarə etdiyi “Range Rover” markalı maşını tezliklə satacağını dedi: “Bu maşın mənə düşərli deyil. Alan gündən vururam, əzirəm. Mənə xeyir gətirmir. Həm də bu günlərdə Türkiyədən qayıtdım, orada Türkiyənin pop-kralı İbrahim Tatlısəslə çıxış etdim. Bunların hamısı gözdür, yaman nəfsdəyəm”.