BolgeXeber.Com » Xəbərlər » İşdən qovulan məktəb direktoru hakim qarşısında: “Dəymiş zərəri ödəmişəm”

İşdən qovulan məktəb direktoru hakim qarşısında: “Dəymiş zərəri ödəmişəm”

22-03-2017, 19:21
Oxunub: 2 424 İşdən qovulan məktəb direktoru hakim qarşısında: “Dəymiş zərəri ödəmişəm”Dələduzluqda təqsirləndirilən sabiq məktəb direktorunun cinayət işi üzrə məhkəmə prosesi davam edir

Barəsində çoxsaylı şikayətlərdən sonra həbs edilən sabiq direktor Mustafayeva Diləfruz Əbil qızı indi ev dustaqlığındadır. Onun dələduzluq əməlləri ilə bağlı iki cinayət işi açılıb. Sabiq direktorun dələduzluq əməlləri ilə bağlı açılmış cinayət işlərinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində və Bakı Ağır Cinayətlər Məhkəməsində baxılır.

Musavat.com xəbər verir ki, D.Mustafayevin Bakı Ağır Cinayətlər Məhkəməsindəki cinayət işi üzrə məhkəmə prosesinə hakim Cavid Hüseynov sədrlik edir.

Məhkəmə prosesində zərərçəkmiş Sədiyyə Tağıyeva iştirak etməyib.

Məlumat üçün bildirək ki, Diləfruz Mustafayeva Sabirabadda Mirzə Ələkbər Sabir adına 1 saylı tam orta məktəbin direktoru olub. Onun barəsində hüquq-mühafizə orqanlarına çoxsaylı şikayətlər daxil olub.

Belə ki, məktəb direktoru olan D.Mustafayeva xeyli sayda rayon sakininin adına kreditlər götürüb. Adına kredit götürülənlərin əksəriyyəti D.Mustafayevanın rəhbərlik etdiyi məktəbin müəllimələri olub.

D.Mustafayeva öz ehtiyacı üçün müəllimlərin adına “Kapital Bank” ASC-nin Sabirabad rayon filialından kreditlər götürüb. Lakin götürülən kreditlər bir neçə aydan sonra ödənilməyib. Bank isə ödənişləri müəllimələrin maaşından tutmağa başlayıb.

Direktorun dələduzluq əməlinin qurbanı olan müəllimələr əvvəlcə bankın rəhbərliyinə, daha sonra isə hüquq-mühafizə orqanlarına müraciət ediblər. Lakin heç bir tədbir görülmədiyi üçün, zərərçəkmiş müəllimələr məsələni ictimailəşdirmək üçün mətbuata müraciət ediblər.

Elə bundan sonra D.Mustafayeva vəzifəsindən kənarlaşdırılıb. Sabiq məktəb direktorunun əməllərinə araşdırıldıqdan sonra onun barəsində 15 iyul 2015-ci il tarixdə Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq, külli miqdarda törədildik) maddəsi cinayət işi açılddı. Barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilən D.Mustafayeva sonradan ev dustaqlığına buraxılb.

Onun barəsində həmçinin Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində də cinayət işi açıldı. Həmin cinayət işinin istintaqı yekunlaşaraq Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

Sonuncu məhkəmə prosesində Diləfruz Mustafayeva barəsində Lənkəran Ağır Cinayətlər Məhkəməsində gedən cinayət işi üzrə məhkəmə prosesinin gedişatı haqda da danışıb.

O, “Lənkərandakı iş yaxşı gedir” deyərək məhkəməyə məlumat verib. Sabiq məktəb direktoru hakimlərin sualına cavab olaraq “yaxşı gedir” ifadəsinin izahını belə verib: “Yəni, möhtərəm hakim, dəymiş zərər ödənilib, zərərçəkmişlərlə barışıq olub”.

Növbəti məhkəmə prosesi vaxtı müəyyənləşdirilərkən D.Mustafayeva vəkilinə müraciət edərək deyib: “Məhkəmə nəyə lazımdır? Dəymiş zərəri ödəmişəm. Yenə məhkəmə olacaq?”. Vəkil D.Mustafayevaya məhkəmə gedişatının qaydaları ilə bağlı məlumat verib.

Bildirək ki, Diləfruz Mustefayevanın dələduzluq əməllərinin qurbanı olanların sayı 50 nəfərdən çoxdur. Onların hər birinin adına bankdan kredit götürülüb. Məktəb direktorunun barəsində cinayət işi açıldıqdan və həbs edildikdən sonra da kredit fazilərini müəllimələr ödəyib.

D.Mustafayeva növbəti dəfə martın 29-da hakim qarşısına çıxarılacaq.