BolgeXeber.Com » BÖLGƏ TV » Bakı-Astara yolunda 10-a yaxın maşın TOQQUŞDU

Bakı-Astara yolunda 10-a yaxın maşın TOQQUŞDU

22-03-2017, 19:24
Oxunub: 8 429 Bakı-Astara yolunda 10-a yaxın maşın TOQQUŞDUBu gün günorta saatlarında Salyan rayonunda yağan dolu zəncirvari qəzaya səbəb olub

Bolgexeber.com-un "Qafqazinfo”ya istinadən verdiyi xəbərə görə, hadisə Bakı-Astara yolunun paytaxt istiqamətindəki hərəkət hissəsində baş verib.

Yağan güclü yağış və dolu 10-a yaxın avtomobilin idarərtməni itirərək toqquşması ilə nəticələnib. "Ford” və "Mercedes” markalı bir neçə sərnişin avtobusu, "Prado”, "Nissan” və digər markalı minik avtomobilləri qəzada yüngül əziliblər.