BolgeXeber.Com » İdman » “Azərbaycana qarşı amansız olacağıq”- Yoahim Löv

“Azərbaycana qarşı amansız olacağıq”- Yoahim Löv

23-03-2017, 12:23
Oxunub: 3 009 “Azərbaycana qarşı amansız olacağıq”- Yoahim Löv“Seçmə mərhələdə son matçımızı 4 ay əvvəl keçirmişik. Qarşıdakı oyunlara hazırlaşmaq üçün vaxtımız az oldu”

Qol.az-ın xəbərinə görə, bu sözləri Almaniya millisinin baş məşqçisi Yoahim Löv deyib.

Ölkəsinin mətbuatına açıqlama verən təcrübəli mütəxəssis İngiltərə ilə yoxlama oyunundan və DÇ-2018-in seçmə mərhələsində millimizlə keçiriləcək oyun haqda danışıb:

“İngiltərə ilə oyuna yaxşı hazırlaşa bilməsək də, hər cür çətinliklərin öhdəsindən gəlməliyik. Ardınca Azərbaycanla vacib oyunumuz olacaq. Keyfiyyətli oyun sərgiləməyə çalışacağıq. Amansız olacağıq”.

Qeyd edək ki, bu gün İngiltərə ilə üz-üzə gələcək Bundestim martın 26-da Tofiq Bəhramov adına Respublika stadionunda millimizin qonağı olacaq.