XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Gəncədə tələbə qız pulsuz təhsil üçün atasından imtina edir

Gəncədə tələbə qız pulsuz təhsil üçün atasından imtina edirGəncədə yaşayan və Azərbaycan Texnologiya Universitetinin 2-ci kurs tələbəsi olan Züleyxa Əliyevanın valideynləri 10 il əvvəl ayrılıblar

4 il öncə isə rəsmi şəkildə boşanıblar. Elə o vaxtdan ata ailə üçün heç bir qayğı göstərməyib. Tələbənin anasının sözlərinə görə, kemiş ailə başçısı heç alimenti də ödəməyib.

Züleyxa Əliyeva 1-ci kursda bütün qiymətləri əla olduğu üçün təhsil haqqından azad olunub. Bu il isə anasının 2-ci qrup əlil olması ilə bağlı imtiyazdan yararlanmaq istəyir.

Ailə bildirir ki, ata onsuz da 10 ildir ki, ortalıqda yoxdur. Övladına da heç bir qayğı göstərmir. Heç olmasa atalıq hüquqndan məhrum olsa, Züleyxa pulsuz təhsil ala bilər. Bu səbəbdən məhkəməyə də müraciət edilib.

Hüquqşünas Xəyal Bəşirov bildirir ki, əgər ata öz vəzifələrini yerinə yetirmirsə övlad ondan imtina edə bilər. Hüquqşünas deyir ki, hazırki vəziyyətdə də Züleyxa Əliyeva pulsuz təhsil imtiyazından yararlana bilər. Bunun üçün Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə müraciət etmək lazımdır.

Bolgexeber.com Xəzər TV-yə istinadən mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

Bölmə: BÖLGƏ TV | 23 mart 2017 12:39 | Baxış sayı: 321





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: