Elmar Vəliyevi kim əvəz edəcək? – Gəncədə rəhbər dəyişikliyi gözlənilir
23-03-2017, 12:59
Oxunub: 2 238
Gəncə yeni icra başçısını gözləyir”. Bizimxeber.az-a daxil olan məlumata görə, yaxın vaxtlarda Gəncə şəhərinə yeni və daha perspektivli icra başçısı təyin olunacaq
Gəncənin indiki icra başçısı Elmar Vəliyevin gələcək fəaliyyəti barədə dəqiq məlumat verilmir. Ehtimal ki, icra başçısına heç bir etimad göstərilməyəcək.
Bizimxeber.az-a etibarlı mənbələrdən daxil olan məlumatda qeyd olunur ki, Azərbaycanın ən qədim və ikinci şəhəri sayılan Gəncədən administrasiyaya ünvanlanan şikayətlərin sayı durmadan artır. Əsasən sosial problemlərdən şikayətlənən insanlar icra başçısı Elmar Vəliyevin diqqətsizliyindən və şəhər sakinlərinə qarşı qayğısızlığından, şəhərətrafı ərazilərə olan ögey münasibətindən şikayətlənirlər.
Daha bir məlumata görə, icra hakimiyyətində Elmarın Vəliyevin vəzifədən uzaqlaşdırılacağı ilə bağlı məlumatlı şəxslər var. Onlar öz yaxın adamlarına bu barədə məlumat veriblər. Elmar Vəliyev çıxarılacağı təqdirdə şəhərdə bütün idarəetmə sistemi yeniləcək.
Məlumata görə, fevral-mart ayı ərzində Gəncədən Bakıya göndərilən şikayət məktublarının sayı hesabı yoxdur.
Gəncədə və Bakıda böyük bizneş şəbəkəsi quran Elmar Vəliyevin şəhərdəki sahibkarlara qarşı münasibəti isə günü-gündəın pisləşir. Bizimxeber.az-a daxil olan məlumata görə, Gəncənin yeni icra başçısı xanım ola bilər.
Qarşı tərəfin mövqeyini işıqlandırmağa hazırıq.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə