Əhəd Abıyev 200 minlik maşın alıb?
23-03-2017, 15:50
Oxunub: 2 878
Daşkəsən rayonunun icra başçısı Əhəd Abıyev yeni və bahalı maşın alıb
Adının çəkilməsini istəməyən rayon sakininin bildirdiyinə görə, başçının yeni aldığı maşının qiyməti 200 min dollar civarındadır.
Qaynağın sözlərinə görə, Əhəd Abıyev maşın həvəskarıdır: "İcra başçısı maşın həvəskarıdır, avtohobbisi var. Yeni aldığı 200 minlik maşını da bir dəfə Daşkəsən Rayon İcra Hakimiyyətinin binası qarşısına gətirib, yerli camaat da görüb".
Qeyd edək ki, mənbə Ə.Abıyevin son aldığı maşının markasının "Mersedes GL- 63" olduğunu iddia edir.
Əhəd Abıyev xəbəri birmənalı təkzib edib. O, axar.az-a açıqlamasında bildirib ki, deyilənlər yalandır: "Mənim dövlətin verdiyi bircə maşınım var, illərdir onu işlədirəm, əlavə bir dənə də maşınım yoxdur. Nə kolleksiya, nə bahalı maşın? Bunu yayanlar fəaliyyətimizi gözü götürməyənlərdir".
AFN.az
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 25-03-2024, 17:47 : Zamiq Hüseynov: “Kiminsə sözü məni narahat etmir”
Şou-Biznes / Xəbərlər