BolgeXeber.Com » Xəbərlər » “UniBank” vətəndaşın başına necə oyun açır – BİABIRÇILIQ

“UniBank” vətəndaşın başına necə oyun açır – BİABIRÇILIQ

24-03-2017, 11:30
Oxunub: 2 338 “UniBank” vətəndaşın başına necə oyun açır – BİABIRÇILIQRedaksiyamıza müraciət edən Tahir Məmmədovun şikayəti “UniBank”la bağlıdır

Vətəndaşın elektron ünvanımıza yazdıqlarını olduğu kimi təqdim edirik:
“Hörmətli redaksiyanın əməkdaşlaı salam! Mən Sizin sayıtınızın daimi izləyicisiyəm,sayitiniz bankla vətəndaşlar arasında yaranan problemlərin işiqlandırlımasını çox yüksək səviyyədə təşkil edir.Sayıtınıza əvvəllər də müraciət etmişəm və Sizin köməyiniz sayəsində problem həll olunmuşdur.Mən Unibank KB ASC-dən Alıbalı Puls kartı almışdım.İlkin kartın balansı 500 AZN idi,mən istifadə etdiyim müddətdə nümunəvi müştəri olduğumdan katın balansı 1100AZN-ə kimi artırilmışdı.Manatın birinci devolvasiyası zamanı bank mənim katımı qanusuz blokladı və mən Sizin sayta müraciət etdikdən sonra kartı aktiv etdilər.2015-ci ilin dekabr ayında yendən Unibank mənə xəbərdarlıq etmədən kartı blokladı.Bu dəfə 1100manat limiti ikiyə bölüb 550manat kartın limitini saxlayıb, 550manatdan isə mənim istifadə edə biləcəyim 365manatı çıxıb balansda -185manat qalıq balans saxlamaqla kartı blokladılar”.
Daha sonra yazılan müraciətdə deyilir: “Unibank.az sayıtıda şəxsi kabinet vasitəsilə mən kredit taxixçəsini izlədiyimdən onların bütün əmlələrinən xəbərim var idi.Odur ki,mən növbəti ödənişimin vaxtına kimi bankın rəhbərliyinə əvvəlcə elekrton variatda internet vasitəsilə,sonra kağız formasında ərizə ilə müraciət etdim.Bank müraciətimin əsassız oluğunu qeyd edərək mənə cavab vermədilər.Bələ olan halda mən məhkəməyə müraciət etməli oldum.Şəki Rayon Məhkəməsinə ərizə ilə müracət etməyimə baxmayaraq məhkəmə işə Unibankın əsas ofisinin yerləşdiyi ərəzi aidiyyatı üzrə baxılmasını bildirərək işi geri qayrardı.Mən Bakı şəhər Nizami Rayon Məhkəməsinə müraciət etdim və işə məhkəmənin hakimi xanım Xumar Mərdanova baxaraq mənim iddiamın təmin olunması haqında qətnamə çıardaraq işə bağlamışdır.Həmin vaxt Unibank Şəki Rayon məhkəməsinə borcun ödənilməsi tələbilə iddia ərizəsilə müraciət etmişdir,mən Nəsimi Rayon Məhkəməsindən işin icraatda olması barəsində sənəd təqdim etməyimə baxmayaraq Şəki Rayon Məhkəməsi borcun ödənilməsi tələbinə dair qətnamə çıxaraq,qətnamənin surətini mənə göndərmədən,birbaşa İcra şöbəsinə vermişdir.Nəsimi Rayon Məhkəməsinin qətnaməsini Unibank görüntü yaratmaq xatirinə icra etmiş oluğnu bildirərək katın ilkin balansını 500manatı bərpa etməsi barəsində mənə sms bildirişi göndərdi.Mən bakın Şəki filalının müdiri Mahir müəllimə yaxılaşdım,o mənə bildirdi ki, Siz 811manat və məhkəmənin 20manat dövlət rüsumunu ödədikdən sonra kartdan istifadə edə biləsiniz.Mən ona bildirdim ki, Qarabağ müharibəsi əlili olduğum üçün dövlət rusumundan azadam,qərarda heç olmasa bunu nəzərə alardılar.Belə olan halda mən Unibank KB ASC-nin İH sədri cənab Faiq Hüseynova ərizə iləmüraciət edərək kartın bloklandığı andakı limitinin bərpa olunmasını,orada mənim istifadə edə biləcəyim 365manatın olmasını və məhkəmənin qətnaməsində qeyd olunan limitin bərpa olunmasını bildirdim.Əvvələr olduğu kimi yenə müraciətimin əsasız olduğunu fikirləşib mənə cavab vermək istəməyiblər.Amma olara Sizin syitınz vasitəsilə bldirmək istəyirəm ki,kimsə əlinə qələm alıb əlifba öyrənəndə,kimsə dövlət malını talayıb dağıdanda, mən Əfqanıstanda, da sonra Dağlıq Qarabağda əlimə silah alıb vurşmuşam.Bu gün isə nə Unibank nə də Şəki Rayon Məhkəməsi mənim bu xidmətlərimi qəbul etmək istəmirlər”.