BolgeXeber.Com » Ölkə » Azərbaycanda hər ay 1091 ailə boşanır - ŞOK STATİSTİKA

Azərbaycanda hər ay 1091 ailə boşanır - ŞOK STATİSTİKA

24-03-2017, 13:21
Oxunub: 2 359 Azərbaycanda hər ay 1091 ailə boşanır - ŞOK STATİSTİKAAzərbaycanda boşanmaların sayı sürətlə artmaqdadır

Modern.az saytı Ədliyyə Nazirliyindən son dörd ildəki boşanmalara dair rəsmi statistikasını əldə edib.

Ədliyyə Nazirliyinin qeydiyyat şöbələri tərəfindən nikahın pozulmalarına dair rəsmiləşdirilmiş rəqəmlər ciddi narahatlığa əsas verir.

Boşanmaların statistikasına baxaq:

2016-cı ildə Azərbaycan Respublikasında Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 13100 boşanma halları qeydə alınıb. Əhalinin hər 1000 nəfərinə boşanmaların sayı 1,4 olub. Başqa sözlə, ötən il hər ay təxminən 1091 ailə boşanıb.

2015-ci ildə boşanan ailələr 12764 olub. 2014-cü ildə 12088, 2013-cü ildə 11730 ailə dağılıb. Göründüyü kimi, boşanmalarda ildən-ilə ciddi artım baş verir.