BolgeXeber.Com » Şou-Biznes » "Oğlanlarınız xarizmatikdir"

"Oğlanlarınız xarizmatikdir"

11-10-2012, 10:55
Oxunub: 4 361 Rus pornoaktirası bizimkilərdən danışdı

Rusiyanın məşhur "DOM-2" layihəsinin ulduzu, aktira və aparıcı Yelena Berkova Bakıda otellərin birində düzənlənmiş komedi gecədə iştirak edib. Aktrisanın Bakıya gəlmə səbəblərindən biri də Rihannanın konserti idi. O, Rihanannanın fanatıdır. Yelenanın da dəvətli olduğu tədbirdə Azərbacanın tanınmış simalarından İsa Məlikov, Aqil M. Quliyev, “Parni iz Baku” komandasının eks üzvü İlqar Nəbiyev və başqaları var idi. Yelena açıqlamasında bunları dedi: “Burda olmağıma görə xoşbəxtəm. Komedi şouda iştirakım da maraqlı ekspromt oldu. Oğlanlarınız zarafatcıl və xarizmatikdir. Bura gəlib qayıdan rusiyalı məşhurlar bakılılardan ağız dolusu danışırdılar, tərifləyirdilər. Indi mən də onlara qoşulacağam. Rihannanın konserti super keçdi. Onu bu qədər yaxından izləyəcəyimi, özü də Bakıda, ağlıma gətirməzdim”.
Yelena hazırda televiziyada moda verilişinin aparıcısı kimi çalışdığını bildirdi. “Mən həm də dəbdəbəli Moskva klublarında DJ kimi də çalışıram. Çox tədbirlərə dəvət alıram. Filmlər də öz yerində”.